reklam
Regionxeberlericom.az » Siyasət » Ukraynada yeni müdafiə naziri təyin edildi

reklam

Ukraynada yeni müdafiə naziri təyin edildi












Ukrayna Ali Radası cümə axşamı keçirilən plenar iclasda Aleksey Reznikovu Ukraynanın müdafiə naziri vəzifəsinə təyin edib.

RegionXəbərləri.com “Ukrinform”a istinadən xəbər verir ki, müvafiq qərarın lehinə 273 deputat səs verib.

Bundan əvvəl Reznikov 2020-ci ilin martından baş nazirin müavini - Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası üzrə nazir olub. Noyabrın 3-də parlament onu bu vəzifədən azad edib.

Qeyd edək ki, Ali Rada noyabrın 3-də Andrey Taranı müdafiə naziri vəzifəsindən azad edib. Həmin gün prezident Vladimir Zelenski parlamentə Reznikovun bu vəzifəyə təyin edilməsi təklifini təqdim edib.




Paylaş:


Müəllif : Tarix:
4-11-2021, 13:49
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər