reklam
Regionxeberlericom.az » Siyasət » Ukrayna ilə Rusiya arasında müharibə olacaq? - TƏHLİL

reklam

Ukrayna ilə Rusiya arasında müharibə olacaq? - TƏHLİL


Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə müharibənin baş verəcəyi ehtimalını irəli sürüb.

O, “YES Brainstorming” forumunda aparıcının Rusiya ilə Ukrayna arasında müharibənin mümkünlüyünə dair sualını cavablandırarkən deyib.

“Hesab edirəm ki, müharibə ola bilər”, - Ukrayna Prezidenti bildirib.

Vladimir Zelenski əmindir ki, hadisələrin belə inkişafı yanlış variant olardı:

“Çünki bu baş verərsə, Rusiya, Ukrayna və Belarusun qonşuluğu heç vaxt olmayacaq”.

Vladimir Zelenskinin bu açıqlamasına Rusiyadan da cavab gecikməyib. Rusiya Prezdentinin mətbuat katibi Dmtri Peskov Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya ilə mümkün müharibə ehtimalını təəssüf hissi ilə qarşıladıqlarını bildirib:

“Biz hər hansı bir bədbin gözləntilərə qapılmaq istəməzdik. Zelensikinin bu açıqlamalarına təəssüf edirik”.

Maraqlıdıdır, Ukrayna ilə Rusiya arasında müharibə ola bilər? Əgər bu baş verərsə, necə nəticələnəcək?

Bununla bağlı Cebhe.info-ya danışan politoloq Elşən Manafov bildirib ki, Ukrayna tərəfi heç bir halda Rusiya ilə müharibə etməməlidir:

“Hərçənd ki, Krımın Ukraynaya məxsusluğu beynəlxalq birlik tərəfindən tanınır və buna görə Rusiya məlum sanksiyalar tətbiq olunub. Lakin nə Ukraynanın hərbi büdcəsi, nə də hərbi qüvvələri Rusiya ilə müharibə aparmaq iqtidarında deyil. Ukraynanın NATO-dan kənarda ABŞ-ın bir nömrəli müttəfiqi statusunu almaq cəhdləri də baş tutmadı. Həmçinin, Zelenski “Şimal axını-2” layihəsinin qarşısını almağa çalışsa da, buna nail ola bilmədi.

Ümumiyyətlə, ABŞ və NATO-nun Rusiya ilə müharibə olacağı təqdirdə Ukraynanın tərəfində olacaqları real görünmür. Hətta ABŞ və Avropa İttifaqı buna görə Ukraynanı qınaya bilər. Çünki məlum problemin həlli üçün Minsk danışıqları formatına ehtiyac olduğunu bəyan edəcəklər.

Xatırladaq ki, 2008-ci ildə Gürcüstanın Rusiyaya qarşı Abxaziya və Osetiya üzərində suveren hüquqlarını təmin etmək istəyi Saakaşviliyə baha başa gəlmişdi. Nəticə etibarilə Ukrayna da belə bir mənzərə ilə qarşılaşa bilər”.

Politoloq hesab edir ki, Zelenskinin bu açıqlaması populist bir addımdır:

“Ukraynın gücü çatsaydı bu illər ərzində öz ərazi bütövlüyünü təmin etməklə bağlı məsələnin öhdəsindən gələrdi. Lakin göründüyü kimi, Ukrayna iqtidarı buna edə bilmədi. Həmçinin, Ukraynadakı mövcud vəziyyət də kifayət qədər ağırdır.

Ukraynada rus dilinin qadağan edilməsi provoslav xalqı tərəfindən birmənalı qarşılanmadı. Üstəlik Ukraynanın Rusiyaya müharibə elan etməsi əhalinin mütləq əksəriyyətinin narazılığına səbəb olacaq, çünki onlar qardaş xalqlardır.

Ukraynanın özünü ABŞ-ın əsas müttəfiqi elan etmək istəyinə çata bilməməsi, hətta NATO-ya qəbul olunmadığını nəzərə alsaq, müharibə ehtimalının real görünmədiyini demək olar. Ümumiyyətlə, Ukrayna Silahlı Qüvvələrinin Rusiya ilə müharibə aparmaq imkanları adekvat deyil. Bütün hallarda Rusiya ilə Ukrayna arasındakı mövcud problemləri Minsk formatı çərçivəsində həll etməyə çalışmaq lazımdır”.


Paylaş:


Müəllif : Tarix:
11-09-2021, 11:46
Sikayət   


loading...
Загрузка...