reklam
Regionxeberlericom.az » Siyasət » Niyə məhz Kəlbəcər? - Ermənilərin atəşkəs planının PƏRDƏARXASI

reklam

Niyə məhz Kəlbəcər? - Ermənilərin atəşkəs planının PƏRDƏARXASI



Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu istiqamətində diversiya-təxribat əməlləri törətməsi və ya atəşkəsi pozması adi hal alıb.

Erməni yaraqlıları müxtəlif bəhanələrlə Azərbaycan Silahlı Qüvvələrinin postlarına hər gün hücum edir. İyunun 10-da Ermənistan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinə atəş açması barədə açıqlama yayıb. Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələri tərəfindən silahlı qüvvələrimizin mövqelərinə atəş açılması faktı öz təsdiqini tapıb.

Açılmış atəş nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti sırasında həlak olan və ya yaralanan olmayıb.

“Bu fakt bir daha onu sübut edir ki, Ermənistan tərəfi seçki öncəsi qəsdən iki ölkənin dövlət sərhədi istiqamətində vəziyyəti gərginləşdirmək və hərbi təxribatlar törətmək siyasətini davam etdirir”,-Azərbaycan Müdafiə Nazirliyinin məlumatında belə deyilir.

İyunun 11-də saat 13.45-dən başlayaraq Vardenis rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan mütəmadi atəşə tutulub. Bu barədə də Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Ermənistanın məhz Kəlbəcəri hədəf seçməsi ilə bağlı müxtəlif rəylər irəli sürülür. Bu, daha çox Kəlbəcər rayonun strateji mövqeyə malik olması ilə bağlıdır. Belə ki, Ermənistanla Dağlıq Qarabağın keçmiş Ağdərə rayonunun ermənilər yaşayan hissəsini birləşdirən yol Kəlbəcərdən keçir. Lakin ermənilərin planları təkcə bununla bitmir. Ekspertlərin rəyinə görə, ermənilərin məqsədi Ağdərə-Tərtər-Goranboy-Gəncə dəhlizi adlanan yolu ələ keçirməkdir. Bu ideyanın əsl müəllifi isə Rusiyadır. Ermənistan hər gün Kəlbəcərdəki Azərbaycan mövqelərini atəşə tutması və ya təxribatçı basqınlar törətməsi də məhz bu niyyətə xidmət edir. Digər ehtimallara görə, ermənilər Azərbaycanla sərhəddə gərginliyin yaranmasında Kəlbəcərə hücum məqsədilə istifadə edirlər.

Eyni zamanda, iyunun 20-də Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri də Kəlbəcərlə sərhəddə atəşkəsin pozulmasına səbəb olur.

Politoloq Tofiq Abbasov Cebhe.info-ya açıqlamasında bildirib ki, Ermənistan Kəlbəcərə dəhliz kimi iddia edib. Bu da həmin rayonun ərazicə böyük olması ilə yanaşı, həm də strateji mövqeyə malik olması ilə bağlıdır:

“Əvvəllər münaqişənin həllinə dair danışıqlar aparıldığı zaman Ermənistan bəyan edirdi ki, ola bilsin, 5 rayonu qaytardıq. Amma Laçın və Kəlbəcər rayonlarını heç vaxt Azərbaycana verməyəcəyik. Bu, onların dilindən dəfələrlə səslənib. Çünki onlar Kəlbəcəri və Laçın yolunu strateji baxımdan qiymətləndirə bildirdilər. Belə olsaydı, Ermənistanla Dağlıq Qarabağ arasında birbaşa əlaqə yaranırdı. Eyni zamanda, onlar investisiyalarını infrastrukturun formalaşmasına yönəldirdilər. Bu baxımdan, onlar Laçın və Kəlbəcər rayonlarının ərazisindən yeni yollar çəkmək, kommunikasiyalar yaratmaq üçün böyük hazırlıq işləri aparırdılar. İndi bu imkanlar əllərindən çıxıb, apardıqları tikintiləri itiriblər. Ona görə də nifrət və revanş hissi ilə Azərbaycanın bu bölgəsində bizə problem yaratmağa çalışırlar. Digər tərfdən, qabaqdangəlmişlik edərək sərhədlərin delimitasiyası və demarkasiyası prosesində uduzmamaq, iddia etdikləri yüksəklikləri ələ keçirmək istəyirlər. Ancaq Azərbaycan vəziyyəti nəzarətdə saxlayır, monitorinqlər aparır və onlara bildirir ki, bu təxribatların sonu olmayacaq”.

Ekspert bildirib ki, Ermənistanda seçki öncəsi dövrdə siyasi qüvvələr belə təxribatlar törətməklə özlərini təsdiqləməyə çalışır, Azərbaycana təzyiq göstərəməyə cəhd edirlər:

“Amma bu mümkün olmayacaq. Çünki Azərbaycan müharibədə qalib gəlib və Ermənistanın xülyalarına son qoyub. Bu proseslər həm də ətalət amilindən irəli gəlir. Ermənilər dağıdıcılığa meyillidir. Onlar bu cür təxribatlara əl atmaqla mənəvi təsəlli tapır. Ancaq bütün hallarda bu səylər əbəsdir və qarşısı alınacaq”.


Paylaş:


Müəllif : Tarix:
11-06-2021, 20:39
Sikayət   


loading...
Загрузка...