reklam
Regionxeberlericom.az » Siyasət » Vətən müharibəsində dönüş nöqtəsi: - “Cəbrayıl işğaldan azad ediləndə yaranıb”

reklam

Vətən müharibəsində dönüş nöqtəsi: - “Cəbrayıl işğaldan azad ediləndə yaranıb”


Ötən gün bir sıra KİV Qarabağdakı seperatçıların başçısı Araik Arutunyanın Azərbaycan ordusu tərəfindən məhv edildiyini yazdı.

Qeyd edək ki, bu məlumat rəsmi təsdiq olunmayıb, erməni tərəf də onun sağ olduğunu bildirib. Ancaq A.Arutunyanın sağ olduğunu təsdiqləyən videogörüntü yayılmayıb. Erməni tərəfi yalnız bir video paylaşıb, o görüntüdə isə Arutunyanın olmasını təsdiqləyəcək heç bir məqam yoxdur. Maraqlıdır ki, artıq onun ölümü ilə bağlı "Wikipediya" səhifəsində də məlumat yerləşdirilib. "Wikipediya" səhifəsində onun 1 noyabr 2020-ci il tarixində Xankəndindən öldüyü haqqında məlumat qeyd olunub.

Əgər həqiqətən də Arutunyan öldürülübsə, bu, müharibədə dönüş nöqtəsi yarada bilərmi? Köçəryan-Sarkisyan klanının nümayəndələrinin qondarma rejimin rəhbərliyinə qayıtmaq şansı varmı?

“Onun elə bir siyasi çəkisi yoxdur”

Politoloq Cümşüd Nuriyev Cebhe.info-ya açıqlamasında deyib ki, Araik Arutunyan müharibədə dönüş yaratmaq gücündə deyil:

“Azərbaycan müharibədə dönüş nöqtəsini çoxdan, Cəbrayılı işğaldan azad edərək yaradıb. Yaxın bir həftə ərzində müharibənin tam başa çatacağını proqnozlaşdırıram. Çünki Azərbaycan ordusunun döyüşdüyü məkanlarla bağlı qeyri-rəsmi olsa da, məlumatlıyam və keçmiş müharibə veteranı kimi vəziyyəti bilirəm. Arutunyanın ölüm xəbəri hesab edirəm ki, yalan çıxacaq. Çünki Arutunyan Dağlıq Qarabağdan qaçmaq istəyir. Bunu reallaşdırmaq üçün yeganə imkanı “ölməsidir”. Arutunyan uzun müddət biznesmen olub, bir neçə pasport daşıyır. Dəqiq məlumatım var ki, o, həm də Rusiya pasportuna sahibdir. Arutunyan 15 gündən çoxdur ki, ailəsini Dağlıq Qarabağdan çıxarıb və hazırda Krosnodarda yerləşdirib. Ad və soyadlarında da dəyişikliklər edilib. Amma Arutunyan Azərbaycan ordusu məhv etsə belə, onun nə Dağlıq Qarabağda, nə Ermənistanda hörməti var. Çünki o, klan deyil, Paşinyanın adamıdır. Ona görə də onun siyasi çəkisi yoxdur. Paşinyanın özünün nüfuzu olmayandan sonra onun adamı hansı səviyyədə olacaq?”

“Ermənilərə yalnız mədəni muxtariyyət verilə bilər”

Politoloq hesab edir ki, artıq kiminsə qondarma rejimin adından danışmaq səlahiyyəti yoxdur:

“Azərbaycan tərəfi heç kimə belə bir səlahiyyət verməyib. Dağlıq Qarabağın statusu ilə bağlı məsələ Azərbaycan qanunvericiliyinə aiddir. 1991-ci ilin noyabrında biz Dağlıq Qarabağın muxtar vilayət statusunu parlamentdə ləğv etmişik. O dövrdə ermənilər nə qədər özününkünləşdirmək istəsə də, biz rayonların adlarını Azərbaycan adları ilə təsdiq etmişik. Ali Baş Komandan bütün çıxışlarında yalnız bir dəfə Stepanakert sözündən istifadə edib, onda da bu adın mənasını izah etmək üçün. Hər zaman Xankəndi deyir. Ona görə də Prezident dediyi kimi, Dağlıq Qarabağda ermənilərə yalnız mədəni muxtariyyət verilə bilər. Yəni biz demirik ki, onlar burada yaşamasınlar. 2018-ci ildə aparılan statistikaya görə, ölkə ərazisində 42 min erməni yaşayır. Amma onlardan 2-3 ermənini çıxmaq şərti ilə heç biri çıxıb bizim haqq davamıza dəstək vermədi. Onlar burada yaşayıb varlananlardır. Bizim heç bir sübutumuz yoxdur ki, onlar burada qazandığı milyonları hansısa yollarla Ermənistana ötürməyib. Həmin Azərbaycandan qazanılan pullar güllə olub bizim başımıza tökülməyib. Buna heç kim zəmanət verə bilməz. Bunu da yadımızdan çıxarmamalıyıq”.

“Sağdırsa, Avropada sığınacaq alacaq”

C.Nuriyev qonarma rejimin rəhbərinin Avropaya qaçmaq ehtimalının da olduğunu deyib:

“Arutunyanın ölməsi və qalması isə nə müharibənin gedişinə təsir edəcək, nə də siyasi çəkiyə sahib deyil ki, gündəmə gəlsin. Bu adam sağdırsa, Avropada sığınacaq alacaq, çünki LGBT-nin üzvüdür. Rəsmi olaraq qeydiyyatdadır. Arutyunan homeseksualdır. Gedəcək, Avropadan sığınacaq alacaq. Bəlkə də artıq Avropadadır. Əgər Azərbaycan orudusu onu cəhənnəmə göndəribsə, bu, daha yaxşıdır. Amma ermənilər çox məkrli, hiyləgər, ikiüzülü, yalançıdırlar. Ona görə də onun ölməsi xəbəri inandırıcı deyil”.


Paylaş:


Müəllif : Tarix:
2-11-2020, 12:40
Sikayət   


loading...
Загрузка...