reklam
Regionxeberlericom.az » Siyasət » ABŞ-ın strateji bombardımançıları Ukrayna səmasında - Rusiya təyyarələri havaya qaldırıldı + VİDEO

reklam

ABŞ-ın strateji bombardımançıları Ukrayna səmasında - Rusiya təyyarələri havaya qaldırıldı + VİDEO


ABŞ Hərbi Hava Qüvvələrinin üç B-52 "Stratofortress" strateji bombardmançı təyyarəsi cümə günü Ukrayna üzərində uçub. Bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı komandanlığı məlumat yayıb. Bunun Ukrayna üzərində ilk uçuş olduğu bildirilir.
Xəbərdə Şimali Dakotadada mənzillənən B-52 bombardmançı təyyarələrin yaxın vaxtlarda İngiltərədəki Fairford bazasına gətirildiyi vurğulanır.
Qeyd olunur ki, Ukrayna döyüş təyyarələrinin müşayəti ilə reallaşan bu uçuşun əsas hədəflərindən biri də Rusiyanı bölgədə cilovlamaq qabiliyyətini nümayiş etdirmək olub. Ukrayna Müdafiə Nazirliyinin açıqlamasına görə, Ukraynanın Su-27 və MiG-29 qırıcıları B-52-ləri Polşa ilə sərhəddə qarşılayaraq Ukrayna ərazisi üzərindən Azov dənizinə və geri qayıdana qədər müşayət ediblər.


Amerika təyyarələrinin dəqiq marşrutu barədə məlumat verilmir.
Məsələ ilə bağlı Rusiya Müdafiə Nazirliyi də məlumat yayıb. Məlumatda "ABŞ təyyarələrinin Rusiya hava sahəsini pozmasının qarşısını almaq məqsədi ilə" Qara və Azov dənizləri akvatoriyasından Su-27 və Su-30 təyyarələrindən ibarət səkkiz qırıcı təyyarənin havaya qaldırıldığı deyilir. Həm də vurğulanır ki, ABŞ təyyarələri Rusiya sərhədini pozmayıb.
 


Paylaş:


Müəllif : Tarix:
5-09-2020, 13:29
Sikayət   


loading...
Загрузка...