ABŞ-nin İsraillə birgə Suriyada ŞOK PLANI - Türkiyəni nə gözləyir?
Türkiyənin xarici işlər naziri Hakan Fidanın son açıqlaması Ankaranın ABŞ ilə bağlı gözləntilərindən xəbər verir. Belə ki, o, ABŞ Prezidenti Donald Trampın qoşunları Suriyadan çıxarmasını gözlədiklərini deyib.
“Biz İŞİD-ə qarşı mübarizə üçün ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyaya alternativ olaraq regional dövlətlərlə bunu yaradacağıq. ABŞ, Fransa və İngiltərənin bir terror təşkilatını digərinə qarşı dəstəkləməsi səhv idi. Türkiyə əsgərləri Suriyanın şimalında PKK/YPG-nin İŞİD üzvlərini saxladığı düşərgə və həbsxanalara nəzarəti ələ keçirə bilər”, – deyə o bildirib.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Turan Rzayev bildirib ki, Türkiyəni narahat edən əsas məsələ Suriyanın şimal-şərqindəki silahlı kürd qruplarıdır:
“Həqiqətən də Ankara Vaşinqtonun Suriyanı, xüsusilə də ölkənin YPG qruplaşmalarının nəzarətində olan şimal-şərq hissəsini tərk etməsini gözləyir. Hələlik qarşı tərəfdən reaksiya gəlməyib. Donald Tramp birinci prezidentlik dövründə ABŞ qoşunlarının Suriyanı tərk etməsi qərarını vermişdi. Özü ilə yanaşı, Co Bayden hakimiyyəti zamanı bu proses böyük ölçüdə aparılırdı. Lakin daha sonra 400 nəfərlik qarnizonun qalması qərara alındı. Beləcə ABŞ tam olaraq Suriyanı tərk etmədi. Hazırda isə Suriyada ABŞ hərbiçilərinin sayı 2500 nəfərdi.
Vaşinqton əsasən YPG, dolayı yolla isə Suriyadakı neft yataqlarına nəzarəti itirməmək üçün bu addımı atdı. Həmçinin İran və Rusiyanın da bu ölkədəki nüfuzunu artırması riskini qərarda təsiredici faktor saymaq olar. Suriyada Bəşər Əsəd rejimi devrilsə də, mərkəzi hakimiyyət tam qurulmayıb. Hətta vaxtaşırı Əsəd qüvvələri ilə mövcud hakimiyyət qüvvələri arasında toqquşmalar, lokal döyüşlər də baş verir. Türkiyəni isə əsasən YPG məsələsi narahat edir”.
Politoloq vurğulayıb ki, ABŞ-nin yaxın gələcəkdə qoşunlarını Suriyadan çıxarması real görünmür:
"Əvvəl də dediyim kimi, YPG-nin dövlətləşməsi ABŞ tərəfindən tamamlanıb. Qruplaşmanın özünə aid ordusu və nəzarət etdiyi geniş ərazi var. Hətta Əsəd rejiminin devrilməsindən sonra yeni hakimiyyətlə danışıqlara da cəhd etdilər. Lakin Türkiyə İraqdan sonra Suriyada kürd muxtariyyətinin yaradılmasını istəmir. ABŞ və İsrail isə bu məsələdə fərqli düşünür. Tramp-Ərdoğan münasibətləri müsbət olsa da, Suriya məsələsində liderlərin fikirləri ayrıdır. Yəni ABŞ YPG muxtariyyət əldə etmədən çətin ki, Suriyadan tam çıxsın. Bunu İsrail də istəmir. Çünki Təl-Əviv də son zamanlar Suriyanın cənubunda hərbi əməliyyatlar keçirir. Eyni zamanda ələvilər və durzilərə dəstəyi də məlumdur. Nəticə etibarilə tezliklə ABŞ qoşunlarının Suriyadan çıxarılması mümkün görünmür. Bu məsələ də gələcəkdə Vaşinqtonla Ankara arasında gərginliyə səbəb ola bilər”.
Nazim Hacıyev
Paylaş:
Müəllif : Fuad
Tarix:8-03-2025, 16:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto