Dövlət Departamenti: Rusiya Ukraynada sülhün bərqərar olunması ilə bağlı ciddi müzakirələrə hazır deyil

ABŞ Rusiya prezidenti Vladimir Putinin Ukrayna üzrə sülh danışıqlarının başlaması ilə bağlı şərtlərini yenidən rədd edərək, Moskvanın “ciddi və xoşniyyətli müzakirələrə hazır olmadığını” bildirib.
Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib ki, Putin daha bir maksimalist bəyanatla çıxış edərək, Ukraynanı danışıqlara başlamazdan əvvəl Rusiyanın indiyədək işğal etdiyi ərazilərdən başqa daha çox suveren ərazisini təslim etməyə çağırıb.
“Prezident Putin Rusiyanın gələcək təcavüzünə qarşı həssas olması üçün Ukraynanın tərksilah olmağa razılaşmasını tələb edib”, Miller deyib.
O bildirib ki, “heç bir məsul ölkə bunun sülh üçün ağlabatan əsas olduğunu deyə bilməz”.
“Bu, BMT Nizamnaməsinə ziddir. Bu, əxlaqın əsaslarına ziddir. Bu, sağlam düşüncəyə ziddir. Aydındır ki, Rusiya ciddi, vicdanlı müzakirələrə hazır deyil. Rusiyanın hərəkətləri bunu xüsusilə aydın göstərir. Çünki o, Ukraynanın əsas infrastrukturunu bombalamağa davam edir, Qara dənizdə gəmiçiliyi təhdid edir və on minlərlə ukraynalı uşağı zorla deportasiya edir”, Miller bildirib.
Millerin dediyinə görə, ABŞ Ukraynaya sarsılmaz dəstək verməyə davam edəcək.
O xatırladıb ki, keçən həftə ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Volodimir Zelenski ABŞ və Ukrayna arasında ikitərəfli təhlükəsizlik sazişi imzalayıb.
“Bu, Ukraynanın gələcəyini təmin etmək və onun Avro-Atlantik inteqrasiyasını, o cümlədən NATO ilə qarşılıqlı fəaliyyət qabiliyyətini dəstəkləmək üçün geniş, bir-birini gücləndirən və güclü ölkələr şəbəkəsi qurmaq sahəsində mühüm bir mərhələdir” - deyə, Miller bildirib.
O qeyd edib ki, ABŞ və Ukrayna bu sazişlə təhlükəsizlik və iqtisadiyyat sahəsində əməkdaşlığı inkişaf etdirmək, korrupsiya ilə mübarizəyə yardım və Rusiyanı məsuliyyətə cəlb etmək niyyətlərini bəyan edib.
"Biz həqiqətən ədalətli və davamlı sülh şəraiti yaratmaq üçün Ukrayna, onun tərəfdaşları və beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcəyik" - deyə, Dövlət Departamentinin sözçüsü bildirib.
"İkitərəfli təhlükəsizlik sazişi Ukrayna üçün davamlı sülhün dəstəklənməsi sahəsində daha geniş səylərin bir hissəsidir və prezident Baydenin dediyi kimi, bu, Ukraynanın özünü indi müdafiə etmək və gələcək təcavüzün qarşısını almaq qabiliyyətinin dəstəklənməsi deməkdir. Bu arada biz özünü Rusiyanın təcavüzündən müdafiə edən Ukraynanı və onun xalqını dəstəkləyəcəyik”, Miller bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-06-2024, 10:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto