1.7 milyon adamın maaşı artacaq - Şad xəbər
Ölkəmizdə vətəndaşların əksər hissəsi maaşların aşağı olmasından gileylənir. Xüsusən son dövrlər özünü göstərən silsilə bahalaşma fonunda maaş artımı dövlət sektorunda demək olar ki, qeydə alınmayıb. Amma istisnalar da var. Əhəmiyyətli dərəcədə olmasa belə bəzi dövlət qurumlarında artım müşahidə olunur. Lakin özəl sektorda vəziyyət daha pisdir. Bu sektorda çalışanların başlıca şikayəti müəssisə rəhbərlərinin maaşlarla bağlı olduqca qeyri-tolerant yanaşması ilə bağlıdır.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, dövlətdən fərqli olaraq, özəl sektorda vəziyyət olduqdca bərbaddır:
“Əmək bazarına baxsaq, görərik ki, bizdə hələ də əhalinin böyük əksəriyyəti büdcə təşkilatlarında, muzdla çalışır. Onların maaşları birbaşa Nazirlər Kabinetinin qərarları və digər rəsmi qərarlarla tənzimlənir. Yəni onların maaşlarının artıb-azalması iqtisadiyyatda gedən proseslərlə birbaşa əlaqəli deyil, büdcədən ayrılan vəsaitlərlə əlaqəlidir. Ölkədə 1.7 milyon muzdla çalışan var və onların yarısından biraz çoxu dövlət və hökumət orqanlarında işləyir. Onların maaşını artırmaq istənilən vaxt mümkündür. Bizdə əsas problem özəl sektordadır. Özəl sektorda doğrudan da ciddi problemlər var. Bu problemlərdən biri odur ki, özəl sektorda iş yerlərinin sayının az olması maaşların da aşağı olmasına səbəb olur. Çıxarılan işçinin yerinin tez bir zamanda doldurmağın mümkünlüyünü də nəzərə alsaq, işçilər heç öz haqlarını da tələb edə bilmirlər. Maaş artımını tələb edən zaman iş yerinin sahibi adətən deyir ki, sənin yerinə işləmək istəyən 5-6 adam var. Belə olan təqdirdə, onun yerinə başqasını götürməklə qorxudulan işçi artıq yüksək maaş tələb edə bilmir. Ona görə də özəl sektorda çalışanlar çox zaman öz haqlarını tələb edə bilmirlər. Digər tərəfdən, Azərbaycanda bizdə həmkarlar ittifaqı çox zəifdir və bu tip məsələlərdə heç bir rol oynamır”.
Ekspert maaşlardan tutulan vergilərin xeyli yüksək olduğunu dilə gətirib.
“Bizdə eyni zamanda maaşdan tutulan vergilər yüksəkdir. Bu nəticə etibarı ilə rəsmi maaşların azalmasına səbəb oldu. Yəni işəgötürən və işçi öz aralarında anlaşırlar ki, rəsmi maaş daha aşağı yazılsın və maaşın böyük həcmi qeyri-rəsmi formada verilsin. Çünki bu hər iki tərəf üçün sərfəlidir. Biz bu məsələni dəfələrlə gündəmə gətirmişik. Bu rəqəmlər elə səviyyədə olmalıdır ki, həm işəgötürən, gəm də işçi üçün uyğun olsun. Məsələn, əgər bir işçiyə 1000 manat maaş yazılsa, bu zaman həmin maaşın 100 manatdan yuxarısı vergilərə ödənilməlidir. İşəgötürən isə ondan da daha çox ödəməlidir. Bu doğru yanaşma deyil”.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-03-2024, 13:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə bağlı FƏRMAN imzaladı

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb