İranda görünməmiş korrupsiya qalmaqalı: Hindistan çayı əvəzinə Keniya çayı - VİDEO

İranda ölkə tarixində ən böyük korrupsiya faktı kimi dəyərləndirilən bir məsələ mətbuatın və sosial şəbəkələrin diqqət mərkəzindədir.
“Azad İran” “YouTube” kanalı xəbər verir ki, söhbət “Debş Əkinçilik və Sənaye Qrupu” adlı şirkətin 3 milyard 370 milyon dollarlıq korrupsiya faktından gedir.
Korrupsiya mexanizmi elə olub ki, “Debş” şirkəti dövlət valyutası ilə kiloqramı 14 dollara birinci dərəcəli Hindistan çayı üçün sifariş qeydə alıb, əslində isə ölkəyə kiloqramı iki dollara olan ikinci dərəcəli Keniya çayı idxal edib. Bu iki növ çayın qiymətindəki 12 dollarlıq fərq sözügedən şirkətə heyrətamiz məbləğ qazandırıb.
Məsələnin ən diqqətçəkən cəhəti odur ki, ölkənin standartlaşdırma və gömrük orqanları, kənd təsərrüfatı nazirliyi, eləcə də qida təhlükəsizliyi təşkilatı idxal olunan çayın keyfiyyətini təsdiqləyiblər. Bu da İran İslam Respublikasının iqtisadiyyat və ticarətində fəaliyyət göstərən şəbəkələşmiş korrupsiya və mafiya strukturunun mövcudluğundan xəbər verir.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-12-2023, 15:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb

Masazırda şollar su kəmərinin mühafizə zonası zəbt edilib: Ev tikəın kim, obyekt tikən kim...