reklam
Regionxeberlericom.az » Sosial » “Azəriqaz”dan abonentlərə xəbərdarlıq - Ödəniş sistemləri işləməyəcək

reklam

“Azəriqaz”dan abonentlərə xəbərdarlıq - Ödəniş sistemləri işləməyəcək


Aprelin 21-i saat 22:00-dan 22 aprel saat 10:00-dək və 22 aprel saat 22:00-dan 23 aprel saat 10:00-dək “Azəriqaz” İB-nin Qəza Çağrı Xidməti şöbəsinin istifadəsində olan serverlərdə texniki-profilaktiki işlər görülməsi ilə əlaqədar  ödəniş sistemləri işləməyəcək, eləcə də 104/185 qısa yığım nömrələrinə zənglər daxil olmayacaq.

Qurum bununla bağlı abonentlərə xəbərdarlıq edib.

Bildirilib ki, 21 aprelədək balansında kifayət qədər kubmetr qaz olmayan abonentlər mütləq qaydada smart-kartlarına yükləmə etsinlər.

Əgər qaz təchizatı ilə bağlı hər hansı bir problem yaranarsa, vətəndaşlar Çağrı Mərkəzinin 077 3 104 104 vatsap nömrəsi və azeriqaz.az saytının onlayn çat bölümü vasitəsilə müraciətlərini ünvanlaya bilərlər. Ünvanlanan bütün müraciətlərə mütləq qaydada Çağrı Mərkəzinin əməkdaşları tərəfindən geri dönüş olunacaq.




Paylaş:


Müəllif : Tarix:
19-04-2023, 17:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər