İcra başçısına yeni müavin təyin edildi

İsmayıllı Rayon İcra Hakimiyyətində yeni təyinat olub.
İcra başçısı Nahid Bağırovun müvafiq sərəncamına əsasən, Eyyub Əfşər oğlu Musayev RİH başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Eyyub Əfşər oğlu Musayev 20 yanvar 1981-ci ildə İsmayıllı rayonunda anadan olub.
2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Biznesin İnzibatçılığı” üzrə bakalavr, 2007-2010-cu illərdə həmin universitetin “Sosial sahələrin İqtisadiyyatı “üzrə magistr təsili alıb. 2012-2016-cı illərdə doktorluq dissertasiya müdafiə edib, İqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 21 məqalənin müəllifidir.
20 iyun 2006-cı ildən İsmayıllı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində aparıcı məsləhətçi olaraq işə başlayıb. Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatında sektor müdiri, DSMF İsmayıllı rayon şöbəsində şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində çalışıb.
Ailəlidir, 1 övladı var.
Bu gün Eyyub Musayev İsmayıllı RİH kollektivinə təqdim olunub.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-04-2023, 16:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB

Eks-sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”