Azərbaycanda siqaret yenidən bahalaşdı - Qiyməti kim artırır?
“Adi bir vətəndaş kimi, istənilən qiymət artımına münasibətim mənfidir. Özüm də siqaret çəkənəm deyə, bu qiymət artımını hiss edəcəyəm”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Rüfət Quliyev deyib.
O, Novruz tətili günlərində paytaxt marketlərində, habelə köşklərdə siqaret qiymətlərinin qalxmasının səbəblərindən söz açıb.
R. Quliyevin sözlərinə görə, qiymət artımının bir neçə kökü var:
“Bu, dünyada gedən inflyasiyanın təsiridir ki, Azərbaycandan da yan keçməyib. Azərbaycanda siqaret fabrikləri var, amma onlar siqareti tam komplektləşdirmək üçün komponentləri xaricdən alırlar. Siqaret istehsalı üçün isə 27 komponentdən istifadə edilir. Onların ən azı 80%-i Azərbaycana xaricdən gətirilir ki, bunun da qiymətə təsiri özünü büruzə verir. Yəni qiymət artımı, bir növ, idxaldan başlayır”.
Deputat bildirib ki, dünya bazarında tütünün də qiyməti qalxıb:
“Bunun səbəbi ümumi inflyasiyaya, həm də bir çox ölkələrdə tütünün becərilməsinə subsidiyaların ləğvidir. Bu da tütün məhsullarına qarşı mübarizə ilə bağlıdır.
Dünya inflyasiyanın öhdəsindən gələ bilmir. İstəsək də, istəməsək də qiymət artımı olacaq. Onun qarşısını almaq üçün yalnız yerli istehsal artırılmalıdır. Əgər yerli istehsal məhsulu və yerli komponentlər bol olsa, onda inflyasiyanı müəyyən dərəcədə cilovlamaq olar”.
Paylaş:
Müəllif : Fuad
Tarix:27-03-2023, 11:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II