reklam
Regionxeberlericom.az » Sosial » "Cəlilabadda məmurlara rüşvət vermədiyimə görə..." - GİLEY

reklam

"Cəlilabadda məmurlara rüşvət vermədiyimə görə..." - GİLEY


Cəlilabad şəhər Təbriz küçəsi ev 45-də qeydiyyatda olan İsmayılov Qamət Əcəbəli oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Regionxeberlericom.az bildirir ki, bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Cənab Ali baş komandan, yazıb sizə bildirirəm ki, 30.12.1998-ci ildə idman dərəcəsi almışam və sərbəst güləş üzrə 1-ci dərəcəli idmançıyam və orta ixtisas təhsilli idman müəllimiyəm. 05 dekabr 2005-ci il tarixdən YAP-ın üzvüyəm, lakin 15.03.2006-cı ildə vəsiqə almışam, buna baxmayaraq seçkilərdə və hökümət tədbirlərində həmişə fəal olmuşam. H. Əliyevin, İ. Əliyevin və M. Əliyevanın siyasətini dəstəkləmişəm. Ulu öndər H. Əliyevin hakimiyyəti dövründə müstəqilliyimiz təzə qurulmuşdu bu dövrdə bəzi sağlam gənclər hərbi xidmətdən yayınırdı, ancaq mən İsmayılov Qamət 2-ci qrup mülki əlil könüllü olaraq, Cəlilabad rayon hərbi komissarı Novruzəli Orucovun dovründə, Azərbaycan Respublikasının DİN-nin DQ-na hərbi xidmətə getmişəm və bu xidmətləri mən mülki əlil kimi Azərbaycan Respublikasına xidmət etmişəm. Hərbidə xidmət etdiyim dövrdə DİN-nin DQ-nın baş əsgəri və çavuşu olmuşam. Xidmət etdiyim zaman Bakı şəhər, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında mitinqlərdə, Gürcüstan və Dağıstanla Azərbaycan Respublikası sərhədlərində yaradılmış daxili münaqişələrdə, bundan sonra lezgi avar respublikasını yaradmaq istəyən Hacı Maqamedov cinayətkar dəstəsinə qarşı əməliyyatlarda iştirak etmişəm və kəllə beyin, bədən xəsarətləri almışam.Hərbi tibb sançastında, hospitalında yatmışam və hərbidən əlil olaraq qayıtmışam. Bütün bunlara baxmayaraq xidmətlərimin qarşılığını gormürəm, hal hazırda işsizəm. Hərbidən təxris olduqdan sonra, ötən illər ərzində aidiyyatı qurumlara rəsmi şikayətlər etmişəm, lakin baxılmayıb. 2001-ci ildən 2016-cı ilə qədər Səhiyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və DİN-nin DQ-nın əməkdaşları mənim şikayətlərimdən bezib mənə saxta sənədlər, əlillik qrupu vəsiqəsi verməklə mənim başımı aldatdılar. Cəlilabad rayon və Bakı şəhər özbaşına məmurları, onlara rüşvət vermədiyim üçün mənə yalan vədlər verir, süründürməçilik, təziqlər və hətta sui-qəsd etdilər.Mən də hərbi əlil kimi evlə, işlə, prezident təqaüdü ilə maşınla sığorta ilə təmin olunmalıyam. Təəssüflər olsun ki, mənim kimi veteranların əvəzinə bəzisaxta əlillər bütün imtiyazlarla təmin olunub, belə qanunsuzluq olmaz. Cənab Ali baş komandan sizdən xahiş edirəm mənim hərbi və iş hüquqlarımın bərpa olunmasına komək edəsiniz. Özüm haqqında sizə ətraflı məlumat vermək üçün aşağıdakı qeydlərimə və mənə verilən saxta sənədləri sizə yollayıram. Diqqət yetirməyinizi xahiş edirəm.

1. Cəlilabad r. VTEK idarəsi 2 dərəcəli xəstə kimi pensiya alırdım.

2. 12 fevral 1999-cu il Cəlilabad r. mərkəzi xəstəxanada yatmışam.Baş həkim Sadadxan Əliyev

3. 15 may 1999-cu il Cəlilabad r. VTEK sədri Məmmədtağı Tağıyev 2-ci qrup ömürlük pensiya verilib.

4. 19.01.2000-ci il A. R. DİN-nin DQ-na hərbiyə konüllü getmişəm.

5. 16.07. 2001-ci ildə hərbidən təxris oldum.

6. 2001-ci ilin sentyabrında idman nazirliyinin Bakı Bədən Tərbiyəsi

kollecinə daxil olmuşam.

7. 10.07.2004-cü ildə Bakı Bədən Tərbiyəsi kollecin bitirmişəm və bədən tərbiyəsi müəllimi ixtisası almışam.

8. kolleci qiyabi oxuyaraq, 01 yanvar 2002-ci ildə Cəlilabad r. təhsil

şöbəsinin idman məktəbində sərbəst güləş üzrə idman müəllimi işləməyə başladım.

9. Cəlilabad r. VTEK sədri Bəhrəmov Hamil 3-cü qrup, 1 illik verilib 22.04.2010-22.04.2011-ci il.

10. Cəlilabad r. VTEK sədri İbadov Mustafa, 2-ci qrup ömürlük verilib. 17.12.2012-ci ildə

11. Cəlilabad r. VTEK sədri Xoşbəxt Ağayev, 3-cü qrup verilib ,03.02.2014-31.01.2015-ci ilə qədər 1-illik .

12. Cəlilabad r. VTEK sədri Xoşbəxt Ağayev, 3-cü qrup ömürlük verilib 19.01.2015-ci ildə. 

13. DİN-nin DQ-nın baş idarəsindən pensiya üçün arxiv arayışı aldım 15.05.2016-cı ildə. 

14. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 15.05.2016-cı ildə pensiyam hərbi əlil verilib, 3-cü qrup ömürlük. 15. 01.01.2014 – 31.01.2015-ci illərdə Cəlilabad r. DSMF idarəsi mudiri Cavid İbrahimov. 3-cü qrup pensiya verilib. 16. 31. 01.2015 Cəlilabad r. DSMF idarəsi, mudiri Cavid İbrahimov 3-cü qrup ömürlük verilib. Cənab ali baş komandan! Ailəliyəm 2uşaq atasıyam kirayə qalıram, əziyyət çəkirəm. Öncədən sizə dərin təşəkkürümü bildirirəm və inanıram ki, mənə qarşı olan haqsızlıqlar aradan qalxacaq və mənə köməklik göstərəcəksiniz".




Paylaş:


Müəllif : Tarix:
24-11-2022, 11:51
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər