“Nə özləri təmir edirlər, nə də bizə imkan verirlər” - Video
Binə qəsəbəsi 149 nömrəli tam orta məktəbin 5-F sinfinin valideynləri məktəb direktorunun laqeydliyindən şikayətçidir.
Valideynlər bildiriblər ki, sinif otağında partalar çatışmadığından 1 partada 3 şagird oturmağa məcbur edilir:
“Məsələ ilə bağlı, dəfələrlə məktəb direktoruna müraciət etmişik ki, sinfə əlavə partalar verilsin. Direktor isə partaların yalnız sinif təmir ediləndən sonra yerləşdirilə biləcəyini bildirdi. Dedik ki, ya sinfi təmir etdirin, ya da biz təmir edək. Lakin direktor bununla razılaşmadı və “Mən nə vaxt istəsəm təmir etdirərəm, onda da parta yerləşdirərəm”, - dedi. Sinfin sinif rəhbəri də yoxdur ki, bu məsələlərlə məşğul olsun. Bununla bağlı da direktora bir neçə dəfə müraciət etmişik. O isə bildirib ki, məktəbdə sinif rəhbəri olmaq üçün müəllim yoxdur. Bəs bu 40 uşağa kim nəzarət edəcək?! Biz anlamırıq ki, məktəb rəhbərliyi 3 ay ərzində niyə yeni tədris ili üçün tədbirlər görməyib”.
Qeyd edək ki, valideynlər sinfin bəzi xırda hissələrini sentyabrın 13-14-ü ərəfələrində təmir etdirdiklərini bildiriblər. Onlar həmçinin iddia edir ki, həmin vaxt sinfə asılan pərdələr də oğurlanıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-09-2022, 15:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB