reklam
Regionxeberlericom.az » Gündəm » İsmayıllı təhsili məhv edilir etiraz edən valideyinlər isə polislə hədələnir

reklam

İsmayıllı təhsili məhv edilir etiraz edən valideyinlər isə polislə hədələnir


İsmayıllı şəhər Israyıl Həsənov adına 1 saylı tam orta məktəbdə korrupsiya, qohumbazlıq, özbaşınalıq baş alıb gedir, hüquqlar kobud surətdə pozulur, şagirdlər təzyiq altındadır!
Bu il qızım həmin məktəbin ibtidai sinifini bitirərək 5-ci sinifə keçib. Əvvəlki illərdə sinifə əsas xarici dil seçimi zamanı qanunla mənim bir valideyn kimi fikrim öyrənilməli və dil seçimi mənim istəyimə uyğun rus dili olmalı idi. Lakin özbaşına olaraq övladım ingilis dili qrupuna salındı. Dinmədim, razılaşdım. Fikrimdə tutdum ki, 2-ci xarici dil kimi rus dili tədris olunar. Ancaq bu il də həmin hal baş verdi - mənin fikrim soruşulmadan 2-ci xarici dil kimi başqa siniflərə rus, qızımın sinifinə fransız dili təyin olundu. Mən direktora da, sinif rəhbərinə də etirazımı bildirərək valideynlər iclası çağırmalarını tələb etdim. Qanun da bunu tələb edir ki, iclas çağırılmalı, valideynlər seçim edərək ərizə yazmalı, ondan sonra sinifə dil seçimi olmalıdır. Lakin iclas çağırmağı bilırəkdən gecikdirirdilər. Mən etiraz əlaməti olaraq iclas keçirilməyincə övladımı məktəbə buraxmayacağımı sinif rəhbərinə bildirdim və İsmayıllı rayon Təhsil Şöbəsinə (RTŞ) gedərək bu barədə məlumat verdim. Sabahı gün saat 10:00-a iclas təyin olundu və təcili surətdə valideynlər məktəbə çağırılaraq tək-tək hamısına ərizə "yazdırıldı". Niyə təklikdə? Axı bu, ümumi iclasda və dil seçimindən əvvəl olmalı idi. Nəzərinizə çatdırıram ki, bu dil söhbəti ortaya çıxanda bir neçə valideyn rus dilini istədiklərini, direktora ümumi ərizə yazaraq sivil qaydada müraciət etmək istədiklərini mənə söyləmişdilər. Lakin iclas zamanı şoka düşdüm - cəmi bir valideynin ərizəsində rus dili seçmişdi, hamısı fransız dili yazmışdı! Ərizələrin niyə təcili və tək-tək yazdırıldığı məlum oldu. İclasda qadınlar əksəriyyət təşkil edirdi - ədəbiyyat müəlliməsi olan sinif rəhbəri Həcər müəllimə, məktəbin əzazil "zavuç"u - müavini Dilbər Yəhyayeva (beləsinə müəllim demirəm!), Sənayə müəllimə, 10-12 qadın və 3-4 kişi valideynlər. Dilbər Yəhyayeva və sinif rəhbəri hərəsi yarım saatdan çox danışsalar da, mənim sözümü elə ilk dəqiqələrdə kəsdilər. Hətta qadın valideynlıri əleyhimə qaldırmaq istədilər! Dilbər Yəhyayeva sözümü kəsərək bildirdi ki, "biz bura başqa problemləri həll eləməyə gəlmişik, sinif otaqları valideynlərin hesabına təmir olunmalı, təbaşir, A4 kağız və diğər məktəbə lazım olan şeylər üçün pul yığılmalıdır". Mən etiraz etsəm də, diğər valideynlər susub razılaşdılar.
İclasdan çıxıb bir daha təhsil şöbəsinə getdim. Müdir Rasim Orucovla, müavini Rahim müəllimlə, inspektor Gülşən müəllimə ilə görüşdüm. Nəticəsiz qaldığı üçün Təhsil Nazirliyinin qaynar xəttinə zəng etdim. Məni yenidən nazirliyin xətti ilə 51422 saylı kodla 30.09.2019 tarixə saat 14:00-a RTŞ-nə qəbula yazdılar. Həmin gün qızımla birlikdə RTŞ-nə gedərək adı çəkilən hər üç şəxslə görüşdüm. Bildirdilər ki, "qanun sənin tərəfindədir, haqlısan, ancaq istədiyin olmayacaq!".
                                                                                                                               Dünən mıktəbə getdim və etiraz əlaməti olaraq qızımı fransız dili dərsindən kənarlaşdırdım. Sən demə bu dərsi eyni otaqda, eyni sinifə iki müəllim bir yerdə keçir! Gülünc deyilmi? Mən ömrümdə belə hala rast gəlməmişəm! Qızımı götürüb məktəbin bufetinə getdik. Dərs hissə müdiri (digər "zavuç") Nurlan müəllim (ona hörmətim var) bizə yaxınlaşaraq direktorun bizi çağırdığını bildirdi. Birlikdə direktor Gündüz Qədirovun otağına getdik. Gündüz müəllim mənə hıdə-qorxu gələrək "bir də məktəbə gəlsən, bu işə müdaxilə etsən polis çağıracağam!" dedi. Deməli, mənim məktəbə gəlib bir valideyn kimi övladımın problemlərini həll etməyə ixtiyarım yoxdur?! Bəs kənar şəxslər məktəbin həyətində mərəkə qopararkən niyə polis çağırmadınız? Bu hadisə barədə bir az sonra yazacağam.
Qızımı məktəbdən götürüb çıxdım və koridorda bir daha Nurlan müəllimə "sabahdan problem həll olunana qədər uşaq məktəbə gəlməyəcək" deyə son xəbərdarlıq edərək evə qayıtdım. DİN-nin 102 qaynar xəttinə zəng etmək istədim. Ancaq bu dəfəlik oğlumun xətrinə fikrimdən vaz keçdim - direktorun oğlu ilə eyni sinifdə oxuduqları üçün! Yenidən 146-ya zəng edərək təhsil nazirinin və ya müavininin qəbuluna yazılmaq istədim. Bildirdilər ki, mümkün deyil, səni məktəbəqədər ümumi şöbəyə yazırıq. 5-ci sinif məktəbəqədərdir?! ))) Heç şöbənin müdirinin adını da bilmirdi mənimlə danışan! Poçta gedib cənab prezidentə teleqram vurmaq istədim, işıq olmadığl üçün alınmadı, qaldı bu günə. Poçtalyon orada mənə təhsil şöbəsinin cavab məktubunu verdi. Oxuyub çox əsəbilışdim. Yenidən RTŞ-nə qayıtdım. Qızımın sinif yoldaşı M.L. da atası və bacısı ilə orada idilər, məktəbin direktoru Gündüz müəllimin onlarla kobud rəftarından şikayətə gəlmişdilər. Təsadüf məndən yana idi - sözlərimə inanmayan müavin Rahim müəllimi çağlraraq M.L.-dan soruşmasını xahiş etdim. Bəli, M.L. da sinifdə artıq fondpulu və başqa "pul"ların istənildiyini təsdiqlədi. Həqiqətən də məktəbdə fondpulu yığıldığı bir daha öz təsdiqini tapdı və bir daha RTŞ-nin müdiri Rasim Orucovun qəbuluna girərək qızıma fransız dili deyil, rus dili tədris olunmasını tələb etdim. Mənə şərt qoyuldu ki, növbəsi dəyişiləcək. Etiraz etdim. Çünki məktəbdə altı dənə 5-ci sinif var, yalnız biri səəhə növbəsinə salınlb, onu da yay tətilində min əzabla mən etmişəm. Çünki oğlum da səhər növbəsində 6-cı sinifdə oxuyur, gündə 4 dəfə işdən qala bilmirəm. Həm də günortadan sonra o məktəbin ab-havası tamam dəyişir - bayaqkı polis söhbətimi deyirəm. Qeyri-qanuni olaraq məktəb otaqları repititor müəllimlərə kirayəyə verilib. Hansı əsasla?! Hazırlığa gələn yuxarı sinif şagirdləri məktəbə məktəbli formasında gəlmir, həmçinin məktəbdə narahatlıq yaradırlar (hamısına aid eləmirəm, bəziləri). Dəfələrlə RTŞ, məktəb rəhbərliyi və RİH başçısı qarşısında məsələ qaldırmışam ki, günortadan sonra məktəbin qarşısı siqaret çəkərək qızlara sataşan oğlanlarla dolu olur. Direktor isə deyir ki, "pokisə demişik, deyir bizlik deyil". Bir dəfə qızımla dərsdən çıxarkən məktəbin həyətində bir oğlan hazırlığa gələn bir qıza bizim eşidəcəyimiz səslə əxlaqsız söz atdı, eşitdik, dözməyib həmin oğlanla savaşdım və ona bir sillə vurdum. Qız isə geri dönərək "yaxşı eliyir, mən beləyəm, sənə nə var?" deyərək üstümə qışqırdı. BƏS O ZAMAN NİYƏ POLİS ÇAĞIRMADINIZ?! Çox dərinə getmək istəmirəm. Günortadan sonra o məktəbdə təhsil almaq olmur, lap elə səs-küydən olsun, hazırlığa gələnlərin səsi hər yeri bürüyür. Növbətçisi xadimələr olan məktəb belə də olmalıdır.
Mənim tələbim budur ki, qızım fransız dili yox, rus dili keçirilən sinifə keçirilsin, ancaq növbəsi dəyişdirilmədən. Bu, mənim hüququmdur! Niyə sinif rəhbəri uşaqlara psixi təsir edərək "kim rus dilini seçsə günorta sinifinə keçirəcəm!" deyir? Mənim qızım artıq psixoloji sarsıntı içindədir, travma alıb. Sonra da deyirlər ki, "məktəblərdə intihar artıb". Bu vəziyyətə aşağı sinif şagiedi dözər?! Repititorlara otaq tapıllr, mənim övladıma yox? Niyə fondpulu uşaqdan istənilir, repititorların kirayə pulundan yox?
İsmayıllı RTŞ-nə də, Təhsil Nazirliyinə də, məktəbin direktoruna da xəbərdarlıq etmişəm - problem həll olunmayınca övladım məktəbə getməyəcək! Əgər pis bir hadisə baş verərsə, qarşıma çıxan hər şeyi, hər kəsi əzib keçərəm! Qisasım çox acı nəticələr verər! Həyatımda uğruna haqqı qurban verəcəyim kimsə yoxdur, hətta doğma qardaşım olsa belə!
Mən bu barədə Təhsil Nazirliyinə də, cənab Prezidentə də müraciət edəcəyəm.

 İmza; Əmrah İsmayıllı Cəfərov.






Paylaş:


Müəllif : Tarix:
4-10-2019, 00:14
Sikayət   


loading...
Загрузка...