reklam
Regionxeberlericom.az » Cəmiyyət » Cəzadan sonra verilişi bağlandı - “Space”dən də getdi

reklam

Cəzadan sonra verilişi bağlandı - “Space”dən də getdi
















Son günlər məcburi köçkünlərlə bağlı verdiyi qalmaqallı açıqlamalarla gündəmə gələn jurnalist Səidə Bəkirqızı sentyabrın 8-də işə başladığı “Space TV”dən də ayrılıb.

S.Bəkirqızının “Xəbərin izində” proqramının yayımı dayandırılıb və o, işdən azad olunub. 

S.Bəkirqızı məlumatı “Manset.az”a təsdiqləyib. 

Xatırladaq ki, bu gün Audiovizual Şura Səidə Bəkirqızının cəmi 5 gün efirdə yayımlanan verilişində səsləndirdiyi şərhlərə görə “Space TV”nin yayımının 6 saatlıq dayandırılması barədə qərar qəbul edib.

Qeyd edək ki, S.Bəkirqızı bundan əvvəl məcburi köçkünlərə qarşı qeyri-etik ifadələr işlətdiyi üçün baş redaktoru olduğu “MediaTurk TV”dəki işindən uzaqlaşdırılıb.


   












Paylaş:


Müəllif : Tarix:
Bu gün, 20:35
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər