Bazar-marketlərdə mövsümi meyvələrin son qiyməti - satan da narazı, alan da...
Artıq yaz fəslinin meyvələri - gilas, alça, çiyələk, gilənar kimi mövsümi meyvələrin vaxtı olmasına baxmayaraq qiymətlər hələ də yüksəkdir. Alıcılar düşünürlər ki, mövsümi meyvələrin qiyməti hər kəsin cibinə uyğun olmalıdır.
Hələ bu ilin aprel-may aylarında müşahidə edilən kəskin hava şəraitindən sonra mütəxəssislər xüsusilə meyvə və tərəvəzlərin baha olacağını anons eləmişdilər. Bəs bazar və marketlərdə mövsümi meyvə-tərəvəzlərin qiyməti nə yerdədir?
“Yeni Musavat”ın əməkdaşları olaraq, bu məqsədlə paytaxtda kiçik bir reyd keçirdik.
“Yaşıl bazar” adlı ərazidə olduğumuz zaman öyrəndik ki, hazırda bazarda müştərilər azdır. Satıcıların sözlərinə görə, əvvəlki illərdə müştəri sayı daha çox olub. Hazırda məhsul qıtlığı yaşandığına görə qiymətlər əvvəlki illərə nisbətən yüksəkdir.
Qiymətlərin özünə gəldikdə, çiyələk 4-5 manat, alça 4-10 manat, gilas bəzi yerlərdə 8 manatdan başlayır. Hətta bazarda bəzi satıcılar gilası 20 manata da təklif edir.
Ağ və qara tutun arasında qiymət fərqi yoxdur - hər ikisi 6-8 manata təklif edilir. Şaftalı 5-7 manat arası, ərik 6 manata, yemiş və qarpız isə kilosu 2.50 manata müştərilərə təklif olunur.
Qeyd edək ki, bəzi meyvə satıcılarından piştaxtada qiymətlərin niyə yerləşdirilmədiyini soruşduqda bizə “qiymət alıcıya görə dəyişir” cavabını verdilər.
Qiymətlərlə bağlı müştərilərin də fikrini öyrəndik. Müştərilər bildiriblər ki, hazırda qiymətlər bahadır. Meyvələr isə dərmanlıdır. Əhali əsasən də yerli məhsullara üstünlük verir. Yay mövsümünün meyvələrini alıb nübar etdiklərini, lakin kiloqram ilə meyvə hələ ki, almadıqlarını dedilər.
Marketlərdə satılan meyvələrin qiymətləri ilə də maraqlandıqq.
Burada gilas 18 manat, alça 7 manat, şaftalı 9 manat, ərik 11 manat, çiyələk 4.50 manat, qarpız 1.80 manat (kilosu), yemiş isə 4.50 manata (kilosu) müştərilərə təklif olunur. Müştəri sayı isə marketdə bazara nisbətən çox idi.
Beləliklə, bazar və marketlərdə olduğumuz zaman bu qənaətə gəldik ki, hər iki satış məkanında qiymətlər demək olar ki, eynidir. Məhsul az, qiymət isə digər illərə nisbətən yuxarıdır... //musavat.com//
Paylaş:
Müəllif : Yazar
Tarix:21-05-2022, 09:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto