"Azneft" şefi ində də SÜD PULUNA TAMAH SALIB - "30000 AZN hansı hesaba daxil olur?"

Azneft" İstehsalat Birliyində yenə də neqativlər müşahidə olunmaqdadır. Bu barədə özünün "facebook" səhifəsində Neftçilərin Hüquqlarını Müdafiəsi ictimai Birliyinin sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı yazıb.
Hüquq müdafiəçisi yazır:
"Azneft İB, SƏTƏM üzrə baş direktorun müavini Namiq Hüseynovun diqqətinə. Araşdırılmasına ciddi ehtiyac duyulur.
***
...Bildiyiniz kimi, zərərli işdə çalışan hər bir işçiyə işəgötürən tərəfindən gündəlik minimum 500 qr.süd verilməlidir. 28 May adına NQCI -nin rəhbəri Zaur müəllim idarəyə rəhbər təyin olunandan zərərli işdə çalışan işçilər ( 28 May və digər podratçı şirkət işçilərinə) üçün ayrılan südün birbaşa işçiyə verilməsinə qadağa qoyub. Belə ki,zərərli işdə çalışan işçilər üçün ayrılan süd Xəzəriaşə aşbazına, yaxud platforma komendatına təhvil verilir. Və süd dolayısı ilə yenidən şef aşbaz və komendatın birlikdə tərtib etdiyi ümumi menyüyə daxil edilib işçilərə satılır. Yəni bu südün də pulu NK qərarına əsasən işçilər üçün ayrılmış 30 manatdan çıxılır. Xəzəriaşənin ərzaq məhsullarının arasında süd gəlmir. Süd zərəli sahədə çalışan işçilər üçün əlahiddə, Birlik tərəfindən göndərilən süddür.
Qeyd: 28 May NQCI 14 DDÖ var. Hər DDÖ-də gündəlik süd payı təqribən 50 litrdən az deyil. Südün 1 litri də 2 AZN-dən az deyil. Bu halda gündəlik 1000 AZN,aylıq 30000 AZN hansı hesaba daxil olur?
***
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri -əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini təmin edir..."
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...(Dia.az)
Paylaş:
Müəllif : Fuad
Tarix:9-05-2022, 10:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var