reklam
Regionxeberlericom.az » Sosial » Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisinin məhkəməsində ittiham aktı elan edilib

reklam

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisinin məhkəməsində ittiham aktı elan edilib



Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sərdrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan olunub. Prokuror ittiham aktını elan edib.

İttihama görə, Sultanov Zakir İmran oğlu tərəfindən Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

İttihamda bildirilib ki, Masallı Rayon Mədəniyyət Evinin təmiri üçün ayrılan 2.4 milyon manatın 300 min manatı nağdlaşdırılaraq Zakir Sultanov tərəfindən mənimsənilib. Bundan başqa təqsirləndirilən şəxs vəzifədə olarkən Lənkəran şəhərində tarixi abidənin bərpası üçün ayrılan 1.4 milyon manatın 200 min manatın nağdalaşdırılaraq öz şəxsi mənafeyi üçün istifadə edib.

Bu iki iş üzrə ayrılan vəsait Mətləb Məmmədov adlı şəxsə məxsus şirkətə ayrılıb. Belə ki, Masalı rayonu və Lənkəran şəhərlərində təmir, tikinti və bərpa işlərini Mətləb Məmmədov həyata keçirib.

M.Məmmədovv "Elmi-Bərpa İstehsalat" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olub.

İttihamda qeyd olunub ki, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən musiqi məktəbinin və Mülsüm Maqomayev adına musiqi məktəbinin təmiri üçün ayrılan vəsaitlərin bir qismi də eyni qaydada nağdlaşdırılaraq mənimsənilib.

Bundan başqa, ittihamda Z.Sultanov tərəfindən Maştağa qəsəbəsində mədəniyyət mərkəzinin abadlaşdırılması, Milli İncəsənət Museyinin təmiri üçün ayrılan vəsaitlərin və 950 manat internet pulunun da şəxsi mənafe üçün xərclənildiyi öz əksini tapıb.

Daha sonra prosesdə təqsirləndirilən şəxs ifadə verib. Z. Sultanov ifadəsində Masallı rayonunda Mədəniyyət evinin təmiri üçün ayrılan 300 min manatın hamısını özünə götürmədiyini deyib: "Həmin məbləğin müəyyən hissəsi mənə çatıb, amma əsas məbləğ tikintidə görünməyən və rəsmiləşdirilməyən xərclərə sərf edilib."

Digər tarixi abidələrin bərpası üçün ayrılan vəsaitlərin mənimsənilməsinə gəldikdə isə Z. Həsənov sözügedən məbləğin rüşvət yox, ödənilməli olan rüsum olduğunu bildirib.

Zakir Sultanov Milli İncəsənət Muzeyinin təmiri üçün ayrılan vəsaitin mənimsənilməsi ilə bağlı ittihama da cavab verib: "Baş podratçı və subpodatçı şirkət arasında müqavilə oldu. Subpodatçı İtaliya şirkəti idi. 2 ilə nəzərdə tutulan layihə 4 ilə qədər uzandı. Səbəb isə devalvasiya idi. Həmin layihənin başa çatması vacib idi. İtalyan şirkətinə özüm nağd şəkildə 300 min avro vermişəm. Ümumi olaraq 1 milyon manat əlavə olaraq pul xərcləmişəm. Bunu sübut edəcək şahidlərim də var".

Məhkəmədə elan olunan ittihamla Zakir Sultanov özünü qismən təqsirli bilib. Hakim xatırladıb ki, təqsirləndirilən şəxs istintaqda özünü tam təqsirli bildiyini deyib. Z. Sultanov isə deyib ki, istintaqda da özünü qismən təqsirli bildiyini deyib, amma tam təqsirli bilməsi kimi qeyd edilib.

Növbəti proses avqustun 20-nə təyin olunub.

Qeyd edək ki, təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb.

Z.Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, R. Bayramovun cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə davam etdirilir.



Paylaş:


Müəllif : Tarix:
13-08-2021, 13:24
Sikayət   


loading...
Загрузка...