"Bandotdel"dən əməliyyat: silahlı şəxslər saxlanıldı - FOTOLAR

Daxili İşlər Nazirliyi (DİN)Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ("Bandotdel") əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Baş İdarəyə Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Xəyyam Musazadənin yaşadığı evdə qanunsuz olaraq silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs rayon ərazisində tutulub. Onun Bərdə rayonu Şorəlli kəndində yaşadığı evə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus 1 ədəd daraq və 3 ədəd patron aşkar olunaraq götürülüb.
Həyata keçirilən daha bir tədbir zamanı isə Şamaxı rayon sakini Amil Tağıyev üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilindiyi üçün Bakı-Şamaxı yolunun 16-ci kilometrliyində Baş İdarə əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd sandıqça və 5 ədəd patron aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Xəyyam Musazadə və Amil Tağıyev barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

Paylaş:
Müəllif : Yazar
Tarix:22-09-2020, 13:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-09-2020, 13:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 11:47
Bu gün, 10:20
Dünən, 15:22
12-08-2025, 12:30
12-08-2025, 12:28
12-08-2025, 12:26
11-08-2025, 15:49

Cavanşir Yusifov plana düşən Bakıdan BELƏ PUL QAZANIR... - Samir Şərifovun himayəsi altında...

Quba-Xaçmaz regional təhsil idarəsi ən yüksək bal yığan müəllimi işsiz qoyub - Anlaşılmaz qərarlar ilə

Van Damın heykəli indi hardadır? - Bələdiyyə sədri: “Obyektin sahibi bilir” Sosial 13 Avqust

Təhsil sisteminin ağrılı yeri: Məktəblərdə müəllim çatışmazlığı və onun yaratdığı problemlər

SOCAR ərazisində qanunsuz tikinti: SOKAR-da Binəqədi icra hakimiyyətidə göz yumur – VİDEO

Qarabağda milyonluq tender maxinasiyası: Leysan Məmmədov yenə “iş başındadır” — VİDEO/FOTO