reklam
Regionxeberlericom.az » Sosial » Bu peşələrdə işləyənlərə PİS XƏBƏR – Ləğv olunur...

reklam

Bu peşələrdə işləyənlərə PİS XƏBƏR – Ləğv olunur...















Gələcəkdə bəzi ixtisasların sıradan çıxacağı artıq real bir ehtimala çevrilib. Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə bəyan edib ki, bəzi peşələr təxminən 5 ilə əmək bazarından silinəcək.

Bəs “ləğv olunacaq” ixtisaslar konkret olaraq hansılardır? Təhsil proqramları bu dəyişikliklərə hazırdırmı? 

Təhsil eksperti Elçin Əfəndi Yenisabah.az-a açıqlamasında sualları belə cavablandırıb: Sezar pizza

“Məleykə Abbaszadə açıqlamasında qarşıdakı 5 il ərzində bəzi ixtisasların tədricən sıradan çıxacağını bildirib. Amma ümumilikdə suni intellekt və informasiya texnologiyalarının inkişafı onu deməyə əsas verir ki, yaxın 10 il biz bir çox istehsalat sahələrində insan əməyinin robotlarla əvəzləndiyini görəcəyik. Avtomatlaşmış sistemlər vasitəsilə bütün proses həyata keçiriləcək və insan əməyinə az ehtiyac yaranacaq. O cümlədən, əmək bazarında operator, rejissor kimi peşələrdə insan əməyinə ehtiyac varsa, onların da tədricən sıradan çıxacağı gözlənilir. Bununla paralel arxiv işi, kargüzarlıq, yazı-pozu işləri və s. həmin istiqamətdə olan ixtisasların tədricən sıradan çıxacağı ehtimal edilir. Hazırda bəzi ali təhsil müəssisələrində sadəcə kadr yetişdirmək üçün saxlanılan ixtisaslar mövcud olsa da, plan yerləri artıq olmamalı, azaldılmalıdır. Məsələn, muzey-arxiv sənədlərinin qorunması, kargüzarlıq və arxiv işi ixtisası, həmçinin insan əməyinin avtomatlaşmış sistemlə əvəz edilə biləcəyi sahələrdəki ixtisasların plan yerləri azaldılmalı, özləri isə ləğv edilməlidir.

Əlavə olaraq qeyd edim ki, suni intellektin təsiri ilə bəstəkarlıq, rejissorluq, operatorluq, o cümlədən, yeni ixtisaslara əsasən data analitikası istiqaməti və verilənlərin təhlili üzrə olan ixtisasları suni intellekt sıradan çıxaracaq.

Gənclər ixtisas seçərkən əmək bazarını mütləq araşdırmalıdırlar. Yaxşı olar ki, mütəxəssis rəyi alsınlar. Faktiki əmək bazarında olan ixtisaslara deyil, qarşıdakı 10-15 il ərzində hansı ixtisaslara tələb yaranacaqsa, onlara istiqamətlənsinlər”.

Ekspert gələcəyin əsas ixtisaslarının adını da sadalayıb:

- Kibertəhlükəsizlik mühəndisi

- Maliyyə meneceri

- Data mühəndisi

- Səhiyyə mühəndisi

- Psixi sağlamlıq mühəndisi

- Yeni energetika mühəndisi

- İnşaat mühəndisi

- İnnovasiya meneceri

- Süni intellekt mühəndisi

- Ağıllı şəhər və ev mühəndisi

- Rəqəmsal transformasiya üzrə mütəxəssis

- İqlim müdafiəçisi

- Big Data analitiki

- Biotexnologiya mühəndisi

- IoT mütəxəssisi

- Yeni materiallar mühəndisi

- Maliyyə texnologiya mühəndisi

- Ağıllı nəqliyyat mühəndisi

- Proqram tərtibatçıları

- Yaradıcılıq mühəndisi

- Onlayn müəllim

- Rəqəmsal marketinq mütəxəssisi

- Ətraf mühit mühəndisi

- Xəstəxana mühəndisi

- İnformasiya təhlükəsizliyi

- Tullantı meneceri

- Gen mühəndisi

- İstedadlar meneceri

- Elektron ticarət üzrə mütəxəssis

- Kvant maşın öyrənmə analitiki

- Həkim





Paylaş:


Müəllif : Tarix:
Bu gün, 14:51
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər