Ucarın Bağırbəyli kəndində elektrik dirəkləri təhlükə saçır – sakinlər narahatdır (FOTOLAR)
Ucar rayonu Bağırbəyli kənd sakinləri bir neçə aydır ki, elektrik təsərrüfatında mövcud olan problemlərlə üz-üzə qalıblar. Kəndin müxtəlif hissələrində yerləşən elektrik dirəkləri hələ də taxtadan ibarətdir, qəzalı vəziyyətdədir. Sakinlərin sözlərinə görə, bu dirəklər istənilən anda aşaraq ciddi fəsadlara səbəb ola bilər.
Bir neçə ay əvvəl kənd ərazisinə metal konstruksiyalı yeni elektrik dirəkləri gətirilib və quraşdırılıb. Lakin yerli sakinlərin bildirdiyinə görə, bu dirəklərin bərkidilməsi düzgün aparılmayıb, dirəklərin dibinə beton tökülmədən, sadəcə torpaqla örtülərək yarımçıq vəziyyətdə quraşdırılıb. Nəticədə, həm köhnə, həm də yeni dirəklər təhlükə mənbəyi olaraq qalır.
“Biz sevindik ki, yeni dirəklər qoyulacaq və kənddə elektrik sistemi yenilənəcək. Amma işin yarısında dayandılar. Beton tökülmədi, elektrik xətləri də hələ köhnə vəziyyətdədir. Güclü külək olanda qorxumuzdan çölə çıxmırıq,” deyə kənd sakinlərindən biri bildirir.
Bağırbəyli sakinləri məsələ ilə bağlı artıq aidiyyəti qurumlara, o cümlədən Energetika Nazirliyinə və “Azərişıq” ASC-yə rəsmi müraciət ünvanlayıblar. Onlar problemin tezliklə həll olunacağına və kənddə təhlükəsiz elektrik infrastrukturunun yaradılacağına ümid edirlər.
Mövzunu izləməyə davam edəcəyik.
Fuad Hüseynov
Paylaş:
Müəllif : Fuad
Tarix:7-06-2025, 11:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto