reklam
Regionxeberlericom.az » Sosial » Qanun qəbul edildi - Pensiya yaşı 70 olacaq

reklam

Qanun qəbul edildi - Pensiya yaşı 70 olacaq
















Danimarka parlamenti pensiya yaşını 70-ə qaldırıb.

Danimarka Parlamenti pensiya yaşının artırılması ilə bağlı yeni qanunu qəbul edib. Qərara əsasən, 2040-cı ildən etibarən ölkədə pensiya yaşı 70 olacaq.

Bu qərarla Danimarka Avropanın ən yüksək pensiya yaşına sahib ölkəsi olacaq. 2006-cı ildən bəri pensiya yaşını əhalinin orta ömür uzunluğuna uyğun tənzimləyən ölkə hər 5 ildən bir bu yaşı yenidən nəzərdən keçirir.

Hazırda Danimarkada rəsmi pensiya yaşı 67-dir. Qrafikə əsasən, bu yaş 2030-cu ildə 68-ə, 2035-ci ildə isə 69-a qalxacaq. Yeni qanuna görə, 1 yanvar 1971-ci il və daha sonra doğulan şəxslər üçün pensiya yaşı 70 olacaq.

Qanun dünən keçirilən səsvermədə 81 “lehinə”, 21 “əleyhinə” səslə qəbul edilib.




Paylaş:


Müəllif : Tarix:
23-05-2025, 11:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər