“Həmin müddəti stajına sayıb pensiya hüququ yaradırıq”

“Fərz edin ki, qadın 30 yaşında ailə qurub, birinci uşağı fiziki qüsurlu dünyaya gəldi və anadangəlmə birinci qrup əlil oldu. Amma bu xanım evlənən vaxt işləyirdi. Birinci qrup əlil uşağına baxmaq üçün o iş yerindən çıxmaq məcburiyyətində qalır. O qadın 65 yaşına çatanda onun evlənənə qədərki işlədiyi dövrü sığorta stajı, üstəgəl həmin o əlil uşağa baxdığı dövrü onun stajına sayırıq və pensiya hüququ yaradırıq”.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Elnur Abbasov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” Qanunun müzakirəsi zamanı bildirib.
“Amma şərt budur ki, o uşaq anadangəlmə və ya 18 yaşa qədər qazanılmış birinci qrup əlil olsun. Yaxud da ahıl şəxslərlə bağlı, gəlin 70 yaşlı qayınatasına baxmaq üçün iş yerini tərk etmək məcburiyyətində qalır. Onun da 70 yaşdan yuxarı ahıla baxdığı bütün illəri sığorta stajına sayırıq. Bu, bu gün belədir, sabah da belə olacaq. Sadəcə biz Maliyyə Nazirliyi il onu razılaşmışıq ki, həmin uşaq və ya ahıla baxılması dövrlərini dövlət onu güzəşt edir deyə, bunu dövlət ödəyir”, - deyə Elnur Abbasov bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-04-2025, 15:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto