reklam
Regionxeberlericom.az » İdman » Cüdoçularımız Avropa kuboku turnirinin ilk günündə 4 medal qazandı

reklam

Cüdoçularımız Avropa kuboku turnirinin ilk günündə 4 medal qazandı
















Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə Avropa kuboku turniri davam edir.

Yarışın birinci günündə Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə ediblər.

Yarışın ilk günündə 6 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. Ruslan Paşayev (66 kq) qızıl medal, Kamran Süleymanov bürünc medal əldə ediblər.

Turnirdə 73 kiloqram çəki dərəcəsində final görüşündə iki cüdoçumuz - İbrahim Əliyev və Telman Vəliyev qarşılaşıb. Nəticədə İ.Əliyev qızıl medal qazanıb. Digər cüdoçumuz bürünc medalla kifayətlənib.

Avropa kuboku turnirinə bu gün yekun vurulacaq.





Paylaş:


Müəllif : Tarix:
21-05-2023, 12:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər