reklam
Regionxeberlericom.az » İdman » Hidayət Heydərov dünya çempionatında mübarizəyə qoşulacaq

reklam

Hidayət Heydərov dünya çempionatında mübarizəyə qoşulacaq


Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında Azərbaycanın daha bir cüdoçusu bu gün mübarizəyə başlayacaq.

Məlumata görə, 73 kq çəki dərəcəsində çıxış edən ikiqat Avropa çempionu Hidayət Heydərov 1/16 final mərhələsində mübarizəyə qoşulacaq.

26 yaşlı idmançı bu raundda Adil Osmanov (Moldova) - Martin Hojak (Sloveniya) cütünün qalibinə rəqib olacaq.

Qeyd edək ki, daha əvvəl oğlanlarda Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), qızlarda Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar. Yarış mayın 14-də başa çatacaq.




Paylaş:


Müəllif : Tarix:
9-05-2023, 11:53
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər