reklam
Regionxeberlericom.az » İdman » AFFA klubları yenə cərimələdi

reklam

AFFA klubları yenə cərimələdi
















Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İclasda Misli Premyer Liqasının 28-ci turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.

"Turan Tovuz” – “Qarabağ” oyununda “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat və “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Ağdam təmsilçisi 1500 manat cərimə edilib.

“Neftçi” – “Araz-Naxçıvan” oyununda “Neftçi”də 6 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib. “Araz-Naxçıvan” klubunun futbolçusunun formasında qüsur olması ucbatından oyun gec başladığı üçün “Araz-Naxçıvan” komandası 800 manat cərimə edilib.

“Kəpəz” – “Səbail” oyununda “Kəpəz”in azarkeşləri tərəfindən sındırılmış 6 ədəd oturacağa görə stadiona dəymiş zərər “Kəpəz” klubu tərəfindən ödənilməsi qərara alınıb.




Paylaş:


Müəllif : Tarix:
1-04-2025, 13:59
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər