reklam
Regionxeberlericom.az » Hadisə » Ötən gün Tərtərdə baş verən mina partlayışının təfərrüatları məlum olub - əvvəllər qoşunların təmas xətti olub...

reklam

Ötən gün Tərtərdə baş verən mina partlayışının təfərrüatları məlum olub - əvvəllər qoşunların təmas xətti olub...


Ötən gün Tərtərin işğaldan azad edilən Talış kəndi ərazisindəki insan tələfatı ilə nəticələnən mina partlayışının bəzi təfərrüatları məlum olub.

Regionxeberlericom.az bildirir ki, “Report”un Qarabağ Bürosunun əldə etdiyi məlumata görə, hadisə Talış kəndində qeydə alınıb. Hadisənin baş verdiyi ərazi əvvəllər qoşunların təmas xətti olub.

ANAMA əməkdaşlarının hərəkət etdikləri yolda qalın ot örtüyü olub. Hadisənin baş verdiyi ərazidə tank əleyhinə mina basdırılıb. Hərəkətdə olan avtomobil şahmat üsulu ilə basdırılan minalardan birinə toxunub. Bu zaman baş verən partlayış zamanı avtomobil yoldan kənara düşüb.

Partlayan TM62 PM-nin markalı tank əleyhinə mina olduğu ehtimal edilir.

Hadisə zamanı həlak olan hər üç şəxs ANAMA-nın dronla minaxtarama komandasının üzvü olublar.




Paylaş:


Müəllif : Tarix:
29-04-2023, 09:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər