Bakıda ağır qəza oldu, ölənlər var - Yenilənib

Bakının Qaradağ rayonunda ağır yol qəzası zamanı iki nəfər ölüb və ikisi isə yaralanıb.
RegionXəbərləricom.az "APA"ya istinadən xəbər verir ki, hadisə Lökbatan qəsəbəsi, Meyvəli bazarının qarşısında qeydə alınıb.
Belə ki, “VAZ 2107” markalı avtomobili idarə edən sürücü yüksək sürətlə “MAN” markalı yük maşınına çırpılıb.
Qəza nəticəsində minik maşını deformasiyaya uğrayıb.
İçərisində olan sürücü və sərnişinlər avtomobildə sıxışıb qalıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.
Sıxışıb qalan sürücü və ön oturacaqda olan sərnişinin meyiti çıxarılıraq morqa təhvil verilib.
Arxa oturacaqda olan sərnişinlər 2001-ci il təvəllüdlü Məmmədzadə Razi Sakit oğlu və 1997-ci il təvəllüdlü Allahyarlı Kənan Şöhrət oğlu ağır xəsarət aldığından Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.
Onların vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.
Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.
***
Fövqəladə Hallar Nazirliyi Bakıda baş verən ağır qəza ilə bağlı məlumat yayıb.
Bu barədə nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar məlumat daxil olub.
Bildirilib ki, əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “ВAЗ” markalı minik avtomobili "Volvo" markalı yük avtomobilinə çırpılıb, 4 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb:
"Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər sağ, digər 2 nəfərin meyiti zədələnmiş minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib".
Paylaş:
Müəllif : Fuad
Tarix:15-12-2022, 09:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

“NƏTİCƏ YAXŞI DA OLA BİLƏR, PİS DƏ...” – “Trampın görüşlərində gözlənilməzlik faktoru böyükdür”

Qırmızı bülletenlə axtarılan 37 azərbaycanlı: Onlar hansı cinayətlərdə ittiham olunurlar?

Müəllimlər yayda “putyovka” ala bilmir, direktorlar isə Avropa səfərinə göndərilir – Araz Paşayev kimin maraqlarını müdafiə edir?

İcbari Tibbi Sığorta və TƏBİB-lə bağlı dəhşətli faktlar - Yazdıqlarımız rəsmən təsdiqləndi

Bakıda Tanınmış Klinika və kosmetoloji "həkim" Hakim qarşısında – Vətəndaş 18.300 manat təzminat tələb edir

İsmayıllı İcra Hakimiyyəti sahibi həbs olunmuş şirkətlə 685 minlik müqavilə bağlayıb