reklam
Regionxeberlericom.az » Hadisə » Bu axşama ŞUŞANIN HAVASI... - NECƏ OLACAQ...

reklam

Bu axşama ŞUŞANIN HAVASI... - NECƏ OLACAQ...


Şuşa yolunda gözəl hava var... Soyuq olsa belə... Ordan üzü Xankəndi istiqamətinə siklon yön alıb. Gecə hava tutulmur...

Şuşadan Xankəndi istiqamətinə yön alan siklon o qədər mübarəkdir ki, bu gün yad küləklərin, xüsusən də şimal küləyinin təsiri altında qalan torpaqlarımız olmamış kimi sevinir.

44 gün ərzində azad olunan ərazilərimizə baxanda həmin torpaqlarımız paxıllıq edir. Bizə incik-incik baxırlar... Məsələn, Xankəndi Şuşanın paxıllığın çəkir... Xocalı Füzulinin... Ağdərə Ağdamın... Xocavənd Hadrutun... Şimal küləyindən bənizi ayazımış itkin yurdlarımız 44 gündən sonra BÖYÜK YURDA qovuşan ellərimizin paxıllığın çəkir...

Ona görə də bu gün Şuşa istiqamətindən üzü Xankəndinə əsən VƏTƏN HAVASI ordakı torpaqlarımıza o qədər xoş gəlir ki...

Hə... bu axşam da Şuşada hava tutulmayacaq... AÇIQ OLACAQ... YERDƏ QALAN QARABAĞA DOĞRU AÇIQ OLACAQ ŞUŞADAKI AZADLIQ HAVASI...

Qəzan mübarək, baxtsız Azərbaycanım...


Məhəmməd ƏRSOY

DİA.AZ-ın Baş redaktoru




Paylaş:


Müəllif : Tarix:
13-12-2022, 17:33
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər