Yevlaxda 234 ədəd xırdabuynuzlu heyvan oğurlayanlar saxlanıldı - Fotolar

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində silsilə şəkildə xırdabuynuzlu heyvanlar oğurlayan şəxslər müəyyən edilrərək məsuliyyətə cəlb olunub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, bir qrup rayon sakini RPŞ-yə müraciət edərək onlara məxsus xırdabuynuzlu heyvanlarının oğurlandığı barədə məlumatlar veriblər. Daxil olmuş məlumatlar əsasında keçirilən tədbirlər nəticəsində rayonun müxtəlif kəndlərinin ərazisində yerləşən ferma və fərdi yaşayış evlərindən xırdabuynuzlu heyvanları oğurlamaqda şübhəli bilinən rayonun Tanrıqulular kənd sakini Tural Bayramov saxlanılıb. Araşdırmalarla T.Bayramovun oğurluqları yetkinlik yaşına çatmayan qardaşı və həmkəndlisi Pərviz Balakişiyevlə birgə törətdiyi müəyyən edilib. Keçirilmiş tədbirlərlə onun qardaşı və həmkəndlisi də polis əməkdaşları tərəfindən saxlanılıb.
Ümumilikdə isə T.Bayramovun 234 ədəd xırdabuynuzlu heyvanı oğurlayaraq vətəndaşlara 51 000 manata yaxın ziyan vurduğu məlum olub. O, oğurladığı heyvanları dəyərindən ucuz qiymətə satdığını etiraf edib. Həmçinin keçirilmiş tədbirlərlə 38 ədəd heyvan maddi sübut kimi aşkar edilərək götürülüb.
Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-09-2022, 20:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var