İrana narkotik gətirməyə gedən ÇOBAN tutuldu - FOTO
İranla sərhəddə evdən külli miqdarda narkotik maddə aşkarlanıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, mayın 28-də saat 23:30-da “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Deman kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İrandan Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib.
Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılaraq, ərazi qapadılıb, sərhədboyu zolaq və nəzarətedici vasitələr yoxlanılaraq 1 nəfərə məxsus ayaq izləri aşkarlanıb.
Yardımlı rayon polis əməkdaşları ilə birgə keçirilmiş kompleks sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Deman kəndində çoban kimi fəaliyyət göstərən və orada müvəqqəti yaşayan Yardımlı rayonunun Arvana kənd sakini 33 yaşlı Şükürov Elsevər Kamil oğlu şübhəli şəxs qismində saxlanılıb.
Araşdırma zamanı E.Şükürov dövlət sərhədini Deman kənd sakini 39 yaşlı Əliyev Rahəb İbrahim oğlunun sifarişi ilə narkotik vasitə gətirilməsi üçün qanunsuz olaraq keçdiyini etiraf edib. Onun yaşadığı həyətyanı əraziyə baxış zamanı 4 ədəd bağlamada 2 kiloqram 30 qram “marixuana” və qara polietilen salafana bükülmüş 2 ədəd 130 ml qabda maye halda “metadon” narkotik vasitələri aşkar olunaraq götürülüb.
Hazırda R.Əliyevin saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-06-2022, 14:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC

Saleh Məmmədovun Prezidentə "yüksək keyfiyyətli" dediyi yolun heç ili çıxmadı - yol təmirə bağlandı FOTO

Sabunçu rayonunun “Azərbaycan Qadını” küçəsində hansı məmurun qanunsuzluğuna göz yumulur?-Video