Oğlan ata-anası ilə birgə qızı saçından sürüyüb həyətlərinə gətirib - Göyçaydakı hadisənin TƏFƏRRÜATI

Göyçay rayonunda 21 yaşlı qızın qaçırılması ilə bağlı təfərrüatlar məlum olub. Qaçırılan qızın yaxınlarının Trend-ə verdikləri məlumata görə, hadisə fevralın 26-da səhər saat 08:30 radələrində Ulaşlı-Şıxlı kəndi ərazisində küçədə baş verib.
"Qız Potu kənd həkim məntəqəsində işləyir. Səhər saat 08:30 radələrində qız işə gedərkən qonşuları Feyruz Əliyev, atası Mahmud Əliyev və anası Yeganə Əliyeva küçədə onun qarşısını kəsib. Qız onlara müqavimət göstərsə də, mümkün olmayıb. Həmin şəxslər qızın saçından və ayağından tutaraq sürüyüb həyətlərinə gətiriblər. Əvvəlcə onlar qızın sakit olmasını tələb etsələr də, o qışqıraraq qonşulardan kömək istəyib. Bunu görən ailə qızı həyətdəki tövləyə gətirib onu hədələyiblər. Daha sonra qızın əllərini və ağzını bağlayaraq tövlədə saxlayıblar. Günün ikinci yarısında onlar qızı ağzı bağlı vəziyyətdə həyətlərindən avtomobilə mindirərək Ucar rayonundakı qohumlarının evinə aparmaq istəyiblər. Bu vaxt qonşular hadisəni görüb və bizə məlumat veriblər", - deyə qohumları bildirib.
Yaxınları bildirir ki, Göyçay rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qızın qaçırıldığı avtomobil saxlanılıb: "Qızı ailəyə təhvil verdilər, oğlanı və ata-anasını isə polisə apardılar. Sonradan məlum oldu ki, oğlanın ata-anasının ifadəsi alındıqdan sonra sərbəst buraxılıblar. Hansı əsasla buraxıblar, onu bilmirik. Bildiyimiz odur ki, qızı 3 nəfər oğurlayıb".
Məlumatda bildirilir ki, hadisəni törədən ailə qızın qonşusudurlar və ailələr arsında heç bir ədavət də olmayıb: "Ailənin qızı oğlan üçün istəməsi və rədd cavabı alması barədə məlumatlar da yalandır. Onlar heç vaxt qızı istəmək üçün ailəyə elçi gəlməyiblər".
Xatırladaq ki, Göyçay rayonunun Ulaşlı Şıxlı kənd sakinləri- Feyruz Əliyev, atası Mahmud Əliyev və anası Yeganə Əliyeva kənd sakini olan 21 yaşlı qızı oğurlayaraq həyətlərindəki tövlədə saxlayıb. Ailə qızın əllərini və ağzını bağlayaraq ona işgəncə verib.
Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırmalar aparılır.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-03-2022, 09:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə bağlı FƏRMAN imzaladı

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb