Kişmiş və xurma daşınan maşınlarda 622 kiloqramdan çox narkotik aşkarlandı - VİDEO
Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinə daxil olan məlumatlar əsasında, gömrük əməkdaşları iki fakt üzrə ümumi çəkisi 622 kiloqram 075 qram olan narkotik vasitənin gömrük nəzarətindən gizlədilərək keçirilməsi cəhdinin qarşısını alıblar.
Komitədən Yeniavaz.com-a verilən məlumata görə, əməliyyat məlumatına əsasən, Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda İran İslam Respublikasının vətəndaşı Farangız Rahmanı Alkamı tərəfindən göndərilən, Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Moldova Respublikasına “kişmiş” yükü aparan “Renault” markalı yük avtomobili saxlanılıb.
Sorğu-sual zamanı sürücü idarə etdiyi avtomobildə yük sənədlərində göstərilən “kişmiş” yükündən başqa gömrük nəzarətindən gizlədilən və gömrük nəzarətinə bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.
Lakin həmin nəqliyyat vasitəsinə kinoloji xidmət iti tətbiq edilməklə keçirilən yoxlama zamanı xidməti it avtomobilin dartıcısının sol ətrafına reaksiya verib. Daha sonra nəqliyyat vasitəsi rentgen qurğusundan keçirilən zaman avtomobilin sol yanacaq çəninin içərisində sıxlıq müşahidə edilib.
Yük avtomobilinin ətraflı yoxlanılması zamanı isə yanacaq çəninin kustar üsulla metal lövhə ilə iki hissəyə bölündüyü məlum olub.
Baxış zamanı iki hissəyə bölünmüş yanacaq çəninin bir hissəsində qablaşdırılması ilə birlikdə çəkisi 301 kiloqram 475 qram olan narkotik vasitə - heroin aşkarlanıb.
Digər əməliyyat məlumatına əsasən isə Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “DAF” markalı yük avtomobili Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda saxlanılıb.
Azərbaycan Respublikasından tranzit keçməklə Moldova Respublikasına “Qabıqlı püstə” və “xurma” yükü aparan həmin avtomobil “Samur” gömrük postunda rentgen qurğusundan keçirilən zaman şübhəli təsvirlər müşahidə edilib.
Baxış zamanı bu avtomobilin yanacaq çəninin də metal lövhə ilə iki hissəyə bölündüyü, bir hissədə dizel yanacağı, digər hissədə isə qablaşdırılması ilə birlikdə çəkisi 320 kiloqram 600 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-11-2021, 19:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bu gün, 10:19Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO
Bu gün, 10:17TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...
Bu gün, 09:00Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...
Bu gün, 08:30Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR
Dünən, 16:01FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?
Dünən, 15:59Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi
Dünən, 15:58Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır
Dünən, 09:3240 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO
Dünən, 08:23Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO
3-09-2025, 20:54Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var
3-09-2025, 10:22Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto
3-09-2025, 10:04