“TikTok”da narkotiki təbliğ edən 11 nəfər saxlanıldı - Video

“TikTok”da narkotik vasitələri təbliğ edən musiqili videolar yayan 11 nəfər saxlanılıb.
DİN Mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin sosial şəbəkələrdəki hesablarına vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında “TikTok” platformasında narkotik vasitələri təbliğ edən musiqili meyxana janrında videolar yayan şəxslərə qarşı tədbirlər həyata keçirilib.
Nəticədə həmin videoları yayan şəxslərin anket məlumatları qısa zamanda müəyyən olunub.
“TikTok” sosial şəbəkəsində narkotik vasitələri təbliğ edən musiqilər yayan 11 nəfər – Fərid Bağırov, Orxan Hüseynov, Kərim Zeynalov, Tərlan Dəmirov, Riad Misirli, Əli Əliyev, İlkin Cəfərov, Elçin Rüstəmov, Kamil Əliyev, Qurbanəli Əlizadə və Yusif Zairov qısa zamanda saxlanılıblar.
Bu şəxslərlə profilaktik söhbətlər aparılıb, paylaşdıqları videoların zərərləri, sosial şəbəkələrdə yeniyetmə və gənclərə göstərdiyi mənfi təsirlər barədə onlara məlumatlar verilib. Adları çəkilən şəxslərin “TikTok” sosial şəbəkəsində paylaşdıqları bu tipli videoların silinməsi təmin edilib.
Qeyd edək ki, bu şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib və törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün barələrində toplanmış materiallar məhkəmələrə göndərilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:16-07-2021, 14:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-07-2021, 14:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 14:26
Bu gün, 10:07
Bu gün, 10:04
Dünən, 13:56
Dünən, 09:46
Dünən, 08:20

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb

Masazırda şollar su kəmərinin mühafizə zonası zəbt edilib: Ev tikəın kim, obyekt tikən kim...