Qanunsuz silah-sursat gəzdirənlər saxlanıldı - Fotolar

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə əməliyyat tədbiri həyata keçirilib.
İlk əməliyyat zamanı paytaxt sakini Tofiq Qaranizadə Nəsimi rayonu ərazisində tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd daraq və 5 ədəd patron aşkar olunaraq götürülüb.
Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı isə Şəki şəhər sakini Fərid Əbdürəhimov Bakı-Şamaxı yolunun 31-ci kilometrliyində saxlanılıb. Onun idarə etdiyi avtomobilin yük yerinə baxış zamanı “TOZ-17” modelli silah və ümumilikdə 491 ədəd müxtəlif kalibrli patron aşkar olunaraq götürülüb.Fərid Əbdürəhimov həmçinin ifadəsində ona məxsus daha bir neçə odlu silah-sursatı həmyerlisi Ruslan adlı şəxsə borclu olduğu üçün verdiyini bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs Şəki şəhər sakini Ruslan Əliyev də saxlanılıb. Onun yaşadığı evin zirzəmisinə baxış zamanı 1 ədəd “Naqan” markalı tapança, 41 ədəd patron və 1 ədəd tüfəng aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Tofiq Qaranizadə, Fərid Əbdürəhimov və Ruslan Əliyev barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

Paylaş:
Müəllif : Fuad
Tarix:16-07-2020, 13:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:16-07-2020, 13:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:44
Bu gün, 10:38
Bu gün, 08:56
Dünən, 15:41
Dünən, 15:06
Dünən, 12:22
Dünən, 12:18
Dünən, 12:15

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II