reklam
Regionxeberlericom.az » Hadisə » Ana və nənəsinin qətlinə görə 15 yaşlı oğlan saxlanıldı - Yenilənib

reklam

Ana və nənəsinin qətlinə görə 15 yaşlı oğlan saxlanıldı - Yenilənib
















Goranboyda qətl hadisəsi baş verib.

Goranboy Rayon Prokurorluğu xəbər verir ki, hadisə iyulun 25-i saat 02 radələrində qeydə alınıb.

Goranboy rayon sakinləri - 1978-cı il təvəllüdlü Lalə İsmayılova və 1948-cil il təvəllüldlü Tamella İsmayılovanın yaşadıqları evdə öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 2010-cu il təvəllüdlü R.Həsənovun (şərti) aralarında yaranmış mübahisə zamanı bıçaqla anası Lalə İsmayılova və nənəsi Tamella İsmayılovaya xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. R.Həsənov (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.




Paylaş:


Müəllif : Tarix:
Dünən, 10:01
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər