reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bu bağçanın müdiri işdən çıxarıldı

reklam

Bu bağçanın müdiri işdən çıxarıldı
















202 nömrəli körpələr evi-uşaq bağçasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən monitorinq aparılıb. 

Bununla bağlı BŞTİ məlumat yayıb.

Bildirilib ki, monitorinq zamanı müəssisədə bir sıra ciddi nöqsanlar (qeydiyyatdan kənar uşaqların olması, normadan artıq qida sifarişi, maliyyə-təsərrüfat qaydalarının və əmək qanunvericiliyinin kobud şəkildə pozulması) aşkar edilib.

Araşdırmanın nəticələrinə uyğun olaraq, iyulun 23-ü 202 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Paşayeva Simuzər Əlimirzə qızı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilib.

Təhsil müəssisələrində aparılan monitorinqlər davamlı xarakter daşıyır və aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin edilir. 

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisəslərində uşaqların inkişafına xidmət edən öyrədici mühitin genişləndirilməsi, təlim-tərbiyə və idarəetmə işinin keyfiyyətinin yüksəldilməsi üçün sistemli islahatlar aparılmaqdadır.




Paylaş:


Müəllif : Tarix:
24-07-2025, 14:15
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər