reklam
Regionxeberlericom.az » Hadisə » Döyülərək öldürülən kişinin yeniyetmə oğulları saxlanıldı - Yenilənib

reklam

Döyülərək öldürülən kişinin yeniyetmə oğulları saxlanıldı - Yenilənib
















Sumqayıt sakini döyülərək aldığı xəsarətlərdən ölüb.

RegionXəbərləricom.az APA-ya istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında şəhərin Sülh küçəsində qeydə alınıb.

Küçədə döyülərək başından ağır xəsarətlər alan 1981-ci il təvəllüdlü Aslan Bağırov xəstəxanaya çatdırılıb. O, bu gün müalicə aldığı xəstəxanada ölüb.

İlkin məlumata görə, A. Bağırov küçədə oğlu tərəfindən döyülüb, daşla başına vurulub.

Fakt araşdırılır.

***

Əldə etdiyimiz məlumata görə, iyunun 21-də axşam saatlarında Sumqayıt şəhəri ərazisində 44 yaşlı A.Bədirovun döyülərək xəstəxanaya yerləşdirilməsi daha sonra isə orada ölməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən həmin şəxsin yetkinlik yaşına çatmayan 17 və 16 yaşlı iki nəfər müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Qeyd edək ki, saxlanılanların hər ikisi ölən şəxsin oğullarıdır.




Paylaş:


Müəllif : Tarix:
Dünən, 21:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər