Biləsuvarda Vətən müharibəsi iştirakçısının azyaşlı övladı xəstəxanada ölüb - TƏFƏRRÜAT
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında baş verən azyaşlı ölümü ilə bağlı bəzi təfərrüat məlum olub.
Mərhumun babası Yaşar Zamanov Oxu.Az-a bildirib ki, uşağın ölümündə həkimlər günahkardırlar.
Onun sözlərinə görə, ötən gün nəvəsi 2022-ci il təvəllüdlü Uğur Elvin oğlu Hacızadə yırtıq əməliyyatı olunması üçün Biləsuvar Rayon Xəstəxanasına aparılıb. Daha sonra azyaşlıya əməliyyatdan öncə narkoz iynəsi vurulub. Bundan sonra uşaq şok keçirib.
Babanın sözlərinə görə, nəvəsinin ölümü onlara 3-4 saat sonra deyilib.
Qeyd edək ki, azyaşlı uşağın atası Elvin Hacıyev Vətən müharibəsi iştirakçısıdır. O, müharibə zamanı yaralanaraq ehtiyata buraxılıb və bir sıra medallarla təltif olunub. Vəfat edən Uğurdan başqa ailənin 5 yaşlı oğlan övladıda var. Mərhum kənd qəbiristanlığında dəfn olunub.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
TƏBİB-dən verilən məlumata görə isə, iyulun 13-də və 18-də sol qasıq nahiyəsində olan ağrılar səbəbilə 2022-ci il təvəllüdlü oğlan valideynləri tərəfindən Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkim-cərrahın müayinəsində olan azyaşlıya soltərəfli qasıq yırtığı diaqnozu təyin edilib.
İyulun 21-də saat 15 radələrində cərrahiyyə əməliyyatı üçün hazırlanarkən azyaşlı anestezioloji preparatların inyeksiyası zamanı anafilaktik şok keçirib.
Aparılan bütün reanimasiya tədbirlərinə və həkimlərin səylərinə baxmayaraq saat 20:20-də azyaşlının ölüm faktı qeydə alınıb.
13:04
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.
Rayon sakini, üçyaşlı U.Hacızadə əməliyyat üçün tibb müəssisəsinə gətirilib. Daha sonra o vəfat edib.
Məlumata görə, azyaşlı əməliyyatdan öncə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Müəllif : Fuad
Tarix:Dünən, 20:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər