Ramiz Mehdiyevin qızı mübarizəni uduzdu

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın “Baku Oksford Məktəbi”ində 1/2 hissə pay uğrunda mübarizəsi başa çatıb.
Bu gün Ali Məhkəmə son qərarını açıqlayıb.
Yüksək instansiya məhkəməsi təsdiq edib ki, nə Kamilə Əliyeva, nə də məktəbin təsisçisi Mehriban Məmmədova əmlak üzərində mülkiyyət hüququna malikdir. Bu səbəbdən kassasiya şikayəti rədd edilib. “Baku Oksford Məktəbi” rəsmən müsadirə edilmiş hesab edilib.
Xatırladaq ki, “Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Ona xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə 13 il 9 ay həbs cəzası verilib. Məmmədovun özünün və yaxınlarının milyonlarla manat dəyərində əmlakı, o cümlədən “Baku Oksford Məktəbi” də müsadirə olunub.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-07-2025, 09:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

“Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” — Bəs sabiq rektor harada axtarılır?

Gecə ilə səkini tutub, ağacları asfaltlayaraq parkinq etdilər - Cəzalandırılanlar var

İmişlidəki hadisə dərs olmadı: Bu dəfə "CELT" kursları SSRİ-ni təbliğ etdi (FOTOFAKT)