“Sizə yalvaran olmuşdu ki, ‘Kontakt Home’dan mal alın?” – Müştəri şikayət edir, servis məsuliyyəti üzərindən atır

Xaçmaz sakini Mikayılov Mikayıl Azər oğlu “Kontakt Home” mağazalar şəbəkəsindən aldığı televizorun keyfiyyətsiz çıxdığını və şirkət tərəfindən problemin məsuliyyətinin qəbul edilmədiyini bildirir.
Şikayətçi bu barədə Bakupost.az-a müraciət edərək, yaşadığı məyusedici hadisəni ictimailəşdirməyi qərara aldığını deyib. Onun sözlərinə görə, 27 oktyabr 2024-cü il tarixində “Kontakt Home”un Xaçmaz filialından 1344.79 manat dəyərində “Samsung” markalı televizor alıb. Lakin cəmi 3 ay sonra cihazın ekranı gövdədən aralanmağa başlayıb:
“Dəfələrlə müraciət etdikdən sonra nəhayət, bir ay sonra servis əməkdaşı gəldi. Məhsula baxış keçirdi, ancaq səbəb barədə sualıma cavab vermək əvəzinə lağla cavab verdi: “Sizə yalvaran olmuşdu ki, ‘Kontakt’dan mal alın?” – deyib çıxıb getdi.”
Mikayıl Mikayılov bildirir ki, texniki səbəblərin obyektiv araşdırılması üçün “Kontakt Home”a və onun servisinə yenidən müraciətlər etsə də, cavab olaraq ümumi və əsassız bir akt təqdim olunub:
“Guya televizoru düzgün quraşdırmamışam. Lakin hansı texniki səhvə yol verdiyim göstərilməyib. Standartların izahını tələb etdikdə isə, məhkəməyə verin – deyib məsuliyyətdən yayınmağa çalışdılar. İddia olunan texniki rəyin heç bir əsaslandırması yoxdur. Mən həm maddi, həm də mənəvi ziyana uğramışam. Bu, açıq şəkildə istehlakçı hüquqlarının pozulmasıdır.”
Şikayətçi əlavə edir ki, təqdim olunan aktın qərəzli olduğunu düşünür və məhsulun yenidən peşəkar və müstəqil ekspertiza yolu ilə yoxlanılmasını tələb edir. Onun sözlərinə görə, “Kontakt Home”un müştəri məmnuniyyəti şöbəsi isə problemi sadəcə formal şəkildə dinləyir, lakin real addım atmır:
“Müştəri məmnuniyyəti şöbəsi mənə zəng edir, ‘Sizin razılığınız bizim üçün vacibdir’ deyir, amma nə aktın məzmunundan xəbərləri var, nə də məsələ ilə yaxından tanışdırlar. Sanki məqsəd təkcə yola verməkdir. Bu isə göstərir ki, “Kontakt Home” problemi araşdırmır, əksinə, inkar mövqeyi tutur.”
Mikayıl Mikayılov qeyd edir ki, “Kontakt Home”un təqdim etdiyi məhsulların əksəriyyəti real brend zəmanəti ilə deyil, yalnız servis zəmanəti ilə satılır və bu servislər də müştəri əleyhinə mövqe tutaraq problemi ört-basdır etməyə çalışır.
Qeyd: Məsələ ilə bağlı “Kontakt Home” mağazalar şəbəkəsinə redaksiyamız tərəfindən 3 gün əvvəl sorğu göndərilsə də, hələlik cavab verilməyib. Qarşı tərəfin münasibəti daxil olduqda, məmnuniyyətlə dərc olunacaq.
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 10:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

İpoteka Fonduna şikayət edirik, amma qapıda mühafizə ‘içəri olmaz’ deyir” – Vətəndaşın narazılığı

Toyda verilən qızıl boşanmada 6 dəfə baha hesablandı – Vətəndaş məhkəmə qərarına etiraz edir

“Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” — Bəs sabiq rektor harada axtarılır?