İpoteka Fonduna şikayət edirik, amma qapıda mühafizə ‘içəri olmaz’ deyir” – Vətəndaşın narazılığı
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondundan narazılıq edən vətəndaş bir ildən artıqdır ki, binada su sızması problemi ilə üzləşdiyini bildirir. Onun sözlərinə görə, bu problem qonşuların evlərinə və mərtəbəyə ziyan vurub, həmçinin mənzilində ciddi nəmişlik və qoxu yaranıb.
Şikayətçi Süleyman Mənsimov məmur biganəliyindən və məsuliyyətsiz yanaşmadan gileylənir:
“Ötən ilin oktyabrında gəlib baxdılar və dedilər ki, əməkdaşlıq etdikləri sığorta şirkəti məsələni qiymətləndirməlidir. İlin sonunda bir usta gəldi, su sızmasını təyin edən aparatla yoxladı, amma ‘sızma yoxdur’ dedi. Fondun nümayəndəsi hər dəfə əlaqə saxladığımda ‘hər şey qaydasındadır’ deyə əmin edirdi. Lakin ipoteka fondu ilə birbaşa danışanda məlum oldu ki, heç sığortaya sorğu belə göndərilməyib və məsələ ümumiyyətlə sistemdə yoxdur. İyunun ortalarında yenidən qeydə aldılar, amma nəticə yoxdur.
Fonda gedəndə qapıda mühafizəçi ‘içəri olmaz, ancaq zəng edin’ deyir. Zənglə də heç bir nəticə əldə olunmur. Binada fonda aid əksər evlərdə eyni problem var. İpoteka və Kredit Zəmanət Fondu məsələni nə vaxt həll edəcək?”
Vətəndaş problemin uzun müddətdir həll edilmədiyini, məsul qurumların isə məsələyə laqeyd yanaşdığını bildirir.
(Dia.az)
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 09:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

“Sizə yalvaran olmuşdu ki, ‘Kontakt Home’dan mal alın?” – Müştəri şikayət edir, servis məsuliyyəti üzərindən atır

İpoteka Fonduna şikayət edirik, amma qapıda mühafizə ‘içəri olmaz’ deyir” – Vətəndaşın narazılığı

Toyda verilən qızıl boşanmada 6 dəfə baha hesablandı – Vətəndaş məhkəmə qərarına etiraz edir

“Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” — Bəs sabiq rektor harada axtarılır?