Toyda verilən qızıl boşanmada 6 dəfə baha hesablandı – Vətəndaş məhkəmə qərarına etiraz edir

Beyləqan rayonunun Birinci Şahsevən kənd sakini Nağıyev Rasim Çapar oğlu Hurriyyet.az saytının redaksiyasına müraciət edərək, oğlu ilə bağlı məhkəmə prosesində yol verilən ədalətsizlikdən şikayətlənib.
Şikayətdə bildirilir ki, Rasim Nağıyevin oğlu Nağıyev Elşən Rasim oğlu həyat yoldaşı Qəhrəmanzadə Səbinə Ramiz qızı ilə boşandıqdan sonra keçmiş gəlin məhkəməyə müraciət edərək "qızılların qaytarılmadığını" iddia edib.
Sözügedən iş üzrə Beyləqan Rayon Məhkəməsi, Şirvan Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən qəbul edilən qətnamələrin şikayətçi ailə tərəfindən ədalətsiz və qərəzli olduğu iddia olunur. Rasim Nağıyev bildirir ki, gəlinə toy zamanı verilmiş qızıl zinət əşyalarının faktiki dəyəri 2 500 manat olsa da, bu məbləğ "Paritet-M" MMC tərəfindən 15 504 manat olaraq süni şəkildə qiymətləndirilib:
“Məhkəməyə təqdim olunmuş bu rəy “Paritet-M” MMC-nin direktoru və ekspert-qiymətləndiricisi Əliyev Mehman Humbətalı oğlu tərəfindən verilib. Halbuki həmin rəy açıq-aşkar saxtadır. Biz dəfələrlə vəsatət qaldıraraq məhkəmələrdən toy kasetlərinə baxılmasını tələb etdik ki, verilən qızılların həqiqi sayı və dəyəri təsdiqlənsin. Ancaq bu vəsatətimiz təmin edilmədi. Əksinə, sanki əks tərəfə jest edilərək, qərəzli rəyə əsaslanaraq qərar çıxarıldı.”
Şikayətçi qeyd edir ki, sonuncu instansiya olan Ali Məhkəmənin Mülki Kollegiyasının qətnaməsini hələlik rəsmi olaraq almayıblar. Lakin qətnamə təqdim edildikdən sonra Konstitusiya Məhkəməsinə şikayət veriləcəyi nəzərdə tutulur.
Sonda Rasim Nağıyev hüquq-mühafizə orqanlarına müraciət edərək "Paritet-M" MMC-nin və onun eksperti Əliyev Mehman Humbətalı oğlunun fəaliyyətinin qanun çərçivəsində araşdırılmasını, təqdim etdikləri rəyin hüquqi məsuliyyət doğuracaq şəkildə qiymətləndirilməsini tələb edir:
“Belə saxta rəyə əsaslanaraq ədalətsiz qətnamələr qəbul olunması vətəndaşlarda dövlətə və məhkəmə sisteminə inamsızlıq yaradır. Bu cür halların qarşısı qanunla alınmalıdır.”
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 09:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

“Sizə yalvaran olmuşdu ki, ‘Kontakt Home’dan mal alın?” – Müştəri şikayət edir, servis məsuliyyəti üzərindən atır

İpoteka Fonduna şikayət edirik, amma qapıda mühafizə ‘içəri olmaz’ deyir” – Vətəndaşın narazılığı

Toyda verilən qızıl boşanmada 6 dəfə baha hesablandı – Vətəndaş məhkəmə qərarına etiraz edir

“Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” — Bəs sabiq rektor harada axtarılır?