Yanğın söndürmək üçün nəzərdə tutulan su əhaliyə satılır?-Video

Yanğın hidrantından maşına doldurulan suyun daha sonra əhaliyə satıldığı iddia edilir.
Xəzər TV bildirir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb və müzakirələrə səbəb olub.
Videonu çəkən şəxs Bakının Suraxanı rayonunda su hidrantından suyun maşına doldurulub pulla satıldığını bildirir.
Sakinlər də deyilənləri təsdiqləyirlər. Onlar suyun doldurulmasının şahidi olduğunu bildirirlər.
Sakinlər deyirlər ki, binanın yaxınlığındakı su hidrantından suyu maşına doldurub başqa istiqamətə aparırlar, özləri isə suları kəsildiyi üçün isti havalarda məcbur olaraq pulla alırlar.
Texniki məqsədlər üçün istifadə olunmalı suyun vətəndaşlara satılması iddiaları ilə bağlı təfərrüatları dəqiqləşdirmək üçün müxtəlif qurumlarla əlaqə saxladıq. Fövqəladə Hallar Nazirliyindən suyun doldurulduğu hidrantın, həmçinin sözügedən maşının onların balansında olmadığı bildirildi.
Surxanı Rayon İcra Hakimiyyətindən də eyni cavabı aldıq.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirildi ki, görüntüdəki su maşını həmin quruma aid deyil. Videodakı şəxs də qurumun əməkdaşı deyil.
Buna baxmayaraq, müvafiq sukanal idarəsi tərəfindən vəziyyətə aydınlıq gətirilməsinə dəstək məqsədilə araşdırmalar aparılır.
O ki qaldı suyun verilməsinə, aidiyyəti qurum ərazidə suyun fasiləsiz verilməsi ilə bağlı işlər aparıldığını bildirdi.
Daha ətraflı videomaterialı təqdim edirik:
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 10:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

“Sizə yalvaran olmuşdu ki, ‘Kontakt Home’dan mal alın?” – Müştəri şikayət edir, servis məsuliyyəti üzərindən atır

İpoteka Fonduna şikayət edirik, amma qapıda mühafizə ‘içəri olmaz’ deyir” – Vətəndaşın narazılığı

Toyda verilən qızıl boşanmada 6 dəfə baha hesablandı – Vətəndaş məhkəmə qərarına etiraz edir

“Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” — Bəs sabiq rektor harada axtarılır?