reklam
Regionxeberlericom.az » Hadisə » Nohurqışlaqda meşədə köməksiz qalan şəxs xilas olundu - Video

reklam

Nohurqışlaqda meşədə köməksiz qalan şəxs xilas olundu - Video

















Qəbələ rayonu, Nohurqışlaq kəndi istiqamətində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə bir nəfər köməksiz vəziyyətdə qalıb.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 1986-cı il təvəllüdlü Orxan İkram oğlu Məmmədovun dağlıq ərazidə hündürlükdən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

Xilasedicilər çətin keçidli dağlıq-meşəlik ərazidə köməksiz vəziyyətdə qalan şəxsi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.




Paylaş:


Müəllif : Tarix:
1-07-2025, 10:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər