Murat Karayılanın mühafizəçisi öldürüldü – Foto
PKK terror təşkilatının liderlərindən Murat Karayılanın mühafizəçisi öldürülüb.
TRT xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkə hesabında məlumat yayıb.
Nazir dekabrın 4-də keçirilən “Qəhrəmanlar-32” əməliyyatında zərərsizləşdirilən terrorçunun PKK terror təşkilatının lideri, qondarma icra şurasının üzvü Murat Karayılanın mühafizəçisi Herekol Hezex kod adlı Yunus Aras olduğunu bildirib.
Yerlikaya Jandarm Baş Komandanlığı Kəşfiyyat İdarəsinin rəhbərliyi altında Mardinin Dargeçit rayonunun Alayurt mahalında Mardin Jandarm Komandanlığı tərəfindən axtarışda olan 2 terrorçunun dekabrın 4-də keçirilən “Qəhrəmanlar-32” əməliyyatında zərərsizləşdirildiyini qeyd edib.
DNT testi nəticəsində zərərsizləşdirilən terrorçulardan birinin Herekol Hezex kod adlı Yunus Aras olduğunu vurğulayan Yerlikaya, onun 2019-cu ildə İraqın şimalında PKK liderlərindən Murat Karayılanın mühafizəçisi vəzifəsində çalışdığını qeyd edib.
Nazir terrorçunun 2017-2018-ci illərdə Şırnak vilayətinin Qabar dağı bölgəsində 4 təhlükəsizlik əməkdaşının şəhid olduğu, 15 təhlükəsizlik əməkdaşının yaralandığı 4 terror aktında iştirak etdiyini vurğulayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-12-2023, 17:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video