PKK-ya qarşı “Qəhrəmanlar” əməliyyatı – 67 terrorçu saxlanıldı
Türkiyə daxili işlər naziri Əli Yerlikaya öz sosial şəbəkə hesabında respublikanın hər yerində PKK terror təşkilatına qarşı "Qəhrəmanlar" kod adlı genişmiqyaslı antiterror əməliyyatına başladıqlarını açıqlayıb.
TRT Haber xəbər verir ki, terrorla mübarizə çərçivəsində, 8 orta, 458 kiçik əməliyyat olmaqla 466 əməliyyat həyata keçirilib.
Milli Kəşfiyyat Təşkilatı, Təhlükəsizlik Baş İdarəsi və Jandarma Komandanlağının rəhbərliyi altında keçirilən əməliyyatlarda Jandarma Xüsusi Hərəkatı, Jandarma Komandosu və Təhlükəsizlik Mühafizəçilərindən ibarət 960 qrup və 13 min 440 personal iştirak edib.
Əməliyyat çərçivəsində Mersin, Van, Şanlıurfa, Mardin və Aydında 12 şübhəli şəxs saxlanılıb.
Terror təşkilatının mərkəzi Şanlıurfada yerləşən kəşfiyyat strukturuna qarşı keçirilən əməliyyatlarda isə Mardin, İstanbul, Antalya, Adana, Bursa, Diyarbəkir, Qaziantep, Mersin, Dənizli, Konya, Kayseri, Batman, İsparta, Şırnak, Kocaeli də daxil olmaqla 16 rayonda 55 şübhəli şəxs həbs edilib.
Qeyd edək ki, əməliyyatlar PKK-nın məsuliyyəti öz üzərinə götürdüyü Ankarada Türkiyə Daxili İşlər Nazirliyinin binası yaxınlığında törədilən terror aktından sonra həyata keçirilir.
Xatırladaq ki, terror aktında iki terrorçu zərərsizləşdirilmiş, iki polis əməkdaşı yüngül yaralanmışdı. Daxili İşlər Nazirliyi hücum edənlərdən birinin PKK üzvü olduğunu müəyyən etmişdi.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-10-2023, 12:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?