İşdən çıxarılan icra başçısını Vasif Talıbovla nə bağlayır?
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun tutduğu vəzifədən azad edilməsindən sonra onun yaxın çevrəsinin də neytrallaşdırılmasına start verilib.
RegionXəbərləricom.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Vasif Talıbovun oğlu Seymur Talıbov Naxçıvan Dövlət Universitetindən tutduğu prorektor vəzifəsindən uzaqlaşdırıldı, qızı Baharxanım Talıbova "Naxçıvanbank” ASC-nin Müşahidə Şurasının üzvlüyündən çıxarıldı və s.
Bundan başqa, keçmiş Ali Məclis sədrinə yaxın bəzi vəzifəli şəxslərin, o cümlədən Sədərək Gömrük Postunun rəisi Nicat Mahmudovun karyerasına son qoyuldu.
Nicat Mahmudovdan sonra belə təəssürat yaranmışdı ki, prosesə ara verilib. Lakin Ordubad rayonunun icra başçısı Elşad Məmmədovun işdən çıxarılması göstərdi ki, Muxtar Respublikanın Talıbov və onun adamlarından təmizlənməsi davam edir.
Məlumat üçün deyək ki, Elşad Məmmədov 2013-cü ildə Ordubadın icra başçısı təyin olunmuşdu. Ondan əvvəl bu vəzifəni Elşad Əliyev tutub. O, 2013-cü ildə Vasif Talıbovun sərəncamı ilə Muxtar Respublikanın kənd təsərrüfatı naziri təyin edilib. Bu təyinatdan sonra Elşad Məmmədov Ordubadın rəhbərliyinə gətirilib və bunda Vasif Talıbovun xüsusi rolub olub.
Ümumiyyətlə, Naxçıvanla bağlı məlumatlı olan şəxslər deyir ki, Muxtar Respublikada yüksək vəzifə daşıyanlar Vasif Talıbova yaxın ətrafına daxil olan kadrlar olub. Bu baxımdan, Naxçıvanda təmizləmələrin davam edəcəyi şübhəsizdir.
İddialara görə, paralel olaraq Talıbovun 27 illik fəaliyyəti də araşdırılır. Naxçıvanda onun adamları vəzifələrdən uzaqlaşdırıldıqdan sonra keçmiş Ali Məclis sədrinin fəaliyyətinə hüquqi qiymət verilməsi məsələsi gündəmə gələ bilər.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-03-2023, 18:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II

Piyada yolu zəbt edildi: Fikrət Hacıyevin "Kale Seramik” mağazasının qarşısında... / VİDEO