reklam
Regionxeberlericom.az » Gündəm » Azəriqazın Göyçay xidmət sahəsinin müdiri qoçuluq edir-ŞİKAYƏT

reklam

Azəriqazın Göyçay xidmət sahəsinin müdiri qoçuluq edir-ŞİKAYƏT
















Göyçay rayonu Bığır kənd sakinləri mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlayırlar.

"Bu şikayətimizdə yazıb Sizə bildiririk ki,  “Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsinin Göyçay Xidmət Sahəsinin müdiri Ruslan Bünyatov vəzifəsindən sui-istifadə edərək bizə qarşı kobudluq edib özbaşınalığa yol vermişdir.

Belə ki, 17.02.2023-cü il tarixdə “Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsinin Göyçay Xidmət Sahəsinin müdiri Ruslan Bünyatov Bığır kəndinə öz komandası ilə gəlib qapıları vəhşicəsinə döyüb hər bir evdən 200 manat pul ödəməyi tələb etdi.Biz ona izah etdim ki, qazdan istifadıyə görə olan borcumuzu hər ay olmaqla hissə-hissə ödəyirik.Buna baxmayaraq Ruslan Bünyatov bizimlə kobud rəftar etdi alçaldıcı sözlər dedi.Sanki o bu kobud tərbiyəsiz hərəkətləri ilə bizi cinayət törətməyə məcbur edirdi.Biz səbr nümayiş etdirib bizə qarşı köbudluq edib təhqqirə məruz qoymuş Ruslan Bünyatova qarşılıq vermədik. Həttda evimizə gələn qaz xəttin qaynaq vasitəsi ilə kəsdilər və bir neçə dəqiqədən sonra qaynaqla yenidən bərpa etdilər.Ruslan Bünyatov hətda bizə bildirdi ki, pulu ödəyə bilmirsinizsə həyətinizdəki ağacları kəsib yandırın.

Biz belə bir tərbiyəsiz ləyaqətsiz insanın bu vəzifəyə necə təyinat almasına çox təəcübləndik.Həmin vaxt orada çox adam  olmuşdur ki, şahid kimi təsdiq edə bilərlər.

Sizdən xahiş edirik şikayət ərizəmizi bizim iştirakımızla yerində obyektiv araşdırıb vəzifəsindən sui-istifadə edib bizə qarşı tərbiyəsizlik edib bizi təhqqir edən “Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsinin Göyçay Xidmət Sahəsinin müdiri Ruslan Bünyatovun barəsində qanunu tədbirlər görəsiniz.

Rəsulov Müşfiq Sabir oğlu                                                                                                                                         

Beydullayev Elton Sahib oğlu                                                                                                                                     

Rasulov Taqət Sabir oğlu                                                                                                                                               

Xəlilov Asim Asif oğlu                                                                                                                                               

Salmanov Teymur Aslan oğlu 

 

 

 




Paylaş:


Müəllif : Tarix:
23-02-2023, 08:45
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər